21.07.2017 Gündəlik Bürclər (21 İyul 2017 Günlük Bürclər)

20 Temmuz 2017
8 083
0
21.07.2017 Gündəlik Bürclər (21 İyul 2017 Günlük Bürclər)
Qoç - Son vaxtlar işlə bağlı passivliyə mübtəla olmağınız sizi yormaqdadır. Bu gün də belə bir şey gözlənildiyindən vaxtınızı əyləncələrə həsr edin. Sevgidə kobudluğa yol verməyin.

Buğa - Əsas vaxtınızı münasibətlər zəminində qurun. Dostluq-yoldaşlıq istiqamətində, ələlxüsus da sevgi məsələlərində sevindirici anlarınız olacaq. Amma uzaq səfərə çıxmaq fikrindən daşının.

Əkizlər - Qarşınızda perspektivli və yorucu işlər durur. Ulduzlara inansaq, ötən günlərdə yol verdiyiniz hansısa səhvi düzəltmək imkanı da qazanacaqsınız. Etibarsız adamlardan uzaq olun.

Xərçəng – Olduqca riskli gündür. Bu səbəbdən istənilən addımı atmazdan qabaq mütləq mövcud reallığı nəzərə almalısınız. Təcrübəli adamlardan yararlanın. Yerli-yersiz özünüzü tərifləməyin.

Şir - Sevinməyə dəyər. Çünki astroloji göstəricilər əksər bürclərlə müqayisədə yalnız sizin qazanmaq ehtimalınız olduğunu təyin edib. Deməli, əzmkarlığınızı artırmaqla buna nail olmalısınız.

Qız - Planetlərin yerdəyişməsi yaxınlaşdığından hər hansı mübahisə və ya münaqişəyə həvəs göstərməyiniz zərərinizə olar. Belə bir mənzərə yaransa, müəyyən ünvanlara qonaq getməyə dəyər.

Tərəzi - Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün sağlamlığınıza fikir verməlisiniz. Ağır fiziki işlərdən ehtiyatlanmalısınız. Qərar qəbul edərkən müsahib rəyini mütləq nəzərə alın.

Əqrəb - Sizə borclu olanlardan, eləcə də məvacib prosesində gecikən pullarınızı əldə etməyə çalışın. Əks təqdirdə nöbəti bir həftə ərzində buna nail olmayacaqsınız.

Oxatan - Kifayət qədər məhsuldar bir gündür. Emosionallığınızı soyuqqanlılıqla əvəz edə bilsəniz, bir çox sahələrdə uğurlarınız olacaq. Şəxsi işlərinizdə əsaslı dönüş də başlaya bilər.

Oğlaq - Çoxsaylı görüşlərdə iştirakınızdan xəbər verən Göy qübbəsi maraqlı təkliflər alacağınızı da bəyan edir. Yeni işlərə başlamaq və ya bu barədə fikir mübadiləsi aparmaq üçün yaxşı vaxtdır.

Dolça - Yeni əlaqələrə başlamaq, fəaliyyət zəminində dönüş yaratmaq üçün sərfəli tarixdir. Bu istiqamətdə xərcə düşməkdən qorxmayın. Çünki müdafiənizdə duran ulduzlar sizi qoruyacaq.

Balıqlar - İxtiyarınızda olan bu süst gündə həmkarlarınızla münasibətdə təmkinli olun. Bunu bacarsanız, sonrakı müddətdə problemlə rastlaşmayacaqsınız. Mühüm sirlərinizi hər kəsə deməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.