23.07.2017 Gündəlik Bürclər (23 İyul 2017 Günlük Bürclər)

22 Temmuz 2017
5 551
0
23.07.2017 Gündəlik Bürclər (23 İyul 2017 Günlük Bürclər)
Qoç - Şəxsi büdcənizi artırmaq üçün bu təqvimdən maksimum yararlanmalısınız. Eyni zamanda o qədər də ilıq olmayan sevgi münasibətlərinə diqqət ayırmağı da unutmamalısınız.

Buğa - Əgər səfərə çıxsanız, hansısa ürəkaçan hadisənin olacağını düşünməyin. Bunun qarşısını almaq üçün evdə daha çox oturmalısınız. Axşama yaxınsa sevindirici xəbər eşidəcəksiniz.

Əkizlər - Astroloji göstəricilər bu təqvimdə sizə bir qədər gərginlik vəd edir. Bunu nəzərə alıb ciddi işlərinizi təxirə salın. Nəzərə alın ki, bu gərginliyin ömrü qısadır. Riskdən qaçın.

Xərçəng - Maliyyə problemlərinizin artmasından qorxmayın. Çünki pul gəldi-gedərdir. Əsas diqqətinizi sağlıq durumunuza yönəldin. Bu təqvimdə taleyinizdə dönüş yaratmaq üçün şansınız olacaq.

Şir - Bu füsunkar gündə üzərinizə düşən başlıca vəzifə daxili sabitliyinizi qorumaqdan ibarət olmalıdır. Xarakterinizə xas olan çılğınlıqdan uzaqlaşın. Büdcənizi sağa-sola səpməyin.

Qız - Narahatçılığınıza heç bir əsas yoxdur. İştirakçısı olduğunuz situasiyaların gərginliyinə baxmayaraq, Göy qübbəsi sizə maraqlı məqamlar və mənəvi dayaq bəxş edəcək.

Tərəzi - İyul ayının ən uğurlu təqvimini yaşayacağınız güman olunur. Qarşılıqlı münasibətlərin tənzimlənməsində, həmçinin gələcək perspektivlərin nizamlanmasında uğurlarınız ola bilər.

Əqrəb - İşgüzarlığınızı artırmaqla qarşınıza qoyduğunuz məqsədlərə asanlıqla nail ola bilərsiniz. Bu səbəbdən də istirahətinizi hələlik təxirə salmalısınız. Risk etməkdən qorxmayın.

Oxatan - Bu gündən hakim olan Günəş sizə füsunkar məqamlar bəxş edəcək. Az qala bütün proseslərdən zövq alacaqsınız. Uzaq səfərə çıxmaq, dənizə getmək sıxıntılarınızı xeyli səngidəcək.

Oğlaq - Ötən günlərdən fərqli olaraq bu ərəfədə vəziyyət sizin xeyrinizə olacaq. Bir şərtlə ki, çıxardığınız qərarlar reallıqdan doğsun. Saat 15-18 arası yeni əlaqələrə başlamağa dəyər.

Dolça - İxtiyarınızda olan bu təqvimdə qismən qanqaraldıcı mənzərənin iştirakçısı ola bilərsiniz. Təmkinli olsanız, bu xoşagəlməzlik dəf olunacaq. Cibiniz boş deyilsə, səfərə çıxın.

Balıqlar - Yeni tanışlıqlar yolunuzu gözləyir. Xüsusən də günün birinci yarısında nüfuzlu adamlarla ünsiyyət yaradacağınız mümkündür. Nahardan sonra isə münaqişəyə cəlb oluna bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.