30.07.2017 Gündəlik Bürclər (30 İyul 2017 Günlük Bürclər)

29 Temmuz 2017
5 051
0
30.07.2017 Gündəlik Bürclər (30 İyul 2017 Günlük Bürclər)
Qoç - Maraqlı səfərlərə çıxmaq üçün Göy qübbəsi sizə şans verəcək. Maddi imkanınız buna yetdiyi təqdirdə imtina etməyin. Bu ərəfədə fəaliyyətə bir qədər ara verməyiniz məsləhət görülür.

Buğa – İşgüzar əlaqələrinizi dərinləşdirməklə qarşınızda duran vəzifələri layiqincə yerinə yetirə bilərsiniz. Tələsik qərar verməyin. Gümanınız gələn hər kəsdən məsləhət almağa çalışın.

Əkizlər - Təxminən saat 13-ə qədər bütün ciddi işlərinizin həllini təxirə salmalısınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli təkliflər alacaqsınız.

Xərçəng - Bəxtinizdə uğurlu ərəfə durur. Bəzi xırda xoşagəlməzliklər olsa da, situasiyaların nəticəsi zövqünüzə uyğun tərzdə cərəyan edəcək. Yay istirahətinə də vaxt ayırın.

Şir - O qədər də uğurlu təqvim deyil. Ətrafınızda olan şəxslərlə aranızda anlaşılmazlıqlar yaranmaması üçün maksimum ehtiyatlılıq nümayiş etdirin. Səhhətinizə diqqəti artırın.

Qız - Astroloji göstəricilər qeyri-adi addım atmağınızı məqsədəuyğun hesab etmir. Daha çox neytral mövqedə durmalı, gündəlik qayğılarınızla məşğul olmalısınız. Qəfil iş tutmayın.

Tərəzi - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Buna hazır olduğunuz təqdirdə ulduzlar müdafiənizdə duracaq. Uzaq məsafələrə aldığınız dəvətlərdən bacardığınız qədər imtina etməyin.

Əqrəb – Giley-güzarı bir tərəfə atın, təcrübə göstərir ki, bunun heç bir səmərəsi olmur. Sevgi-ailə istiqamətində mülayimlik nümayiş etdirin. Qanqaraldıcı addımlardan uzaq olmağa çalışın.

Oxatan - Ulduzlar bu təqvimdə yeganə probleminizin maliyyə məsələləri ilə bağlı olacağını xəbər verir. Odur ki, bəri başdan buna hazır olun. İş yerində rəhbərliklə mülayim davranın.

Oğlaq - Dünəndən Ay bürcünüzdə olduğu üçün ciddi planlarınızı təxirə salın, istənilən mübahisələrdən uzaq olun. Əgər kiminləsə "haqq-hesab"ınız varsa, bunu başqa vaxta saxlayın.

Dolça - İyulun ən uğurlu gününü yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdən tutmuş fəaliyyət zəmininə qədər bütün proseslər xeyrinizə olacaq. Yeni təklif alsanız, imtina etməyin.

Balıqlar - Ailə zəminində mübahisələriniz gözlənilir. Bu səbəbdən də hər xırda xoşagəlməzliyi ciddi problemə çevirməməlisiniz. Fəaliyyətlə bağlı riskli hərəkətlərə yol verməyin. Bəxtinizdə pul var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.