01.08.2017 Gündəlik Bürclər (1 Avqust 2017 Günlük Bürclər)

31 iyul 2017
4 396
0
01.08.2017 Gündəlik Bürclər (1 Avqust 2017 Günlük Bürclər)
Qoç - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən makismum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq gətirəcək.

Buğa - O qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin, Tanrı nəzərini unutmayın.

Əkizlər - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı məsuliyyətinizi dərk edin.

Xərçəng - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Ölçülü-biçili danışın.

Şir - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Bəxtinizdə pul da var.

Qız - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.

Tərəzi - Ulduzların düzümü bu təqvimdə riskdən uzaq olmağı tövsiyə edir. Günorta saatlarında isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə bacardığınız qədər qənaətcil olun.

Əqrəb - İnsanların bir-birinə soyuqlaşdığı indiki ərəfədə dini-mistik dəyərlərə qiymət verməlisiniz. Bu baxımdan Tanrıya zidd olan addımlar atmamalısınız. Səhhətinizi qoruyun.

Oxatan - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Başqalarının qəlbinə dəyən hərəkətlərə yol verməyin.

Oğlaq - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.

Dolça - Bu təqvimdə ən müxtəlif situasiyalarla rastlaşa bilərsiniz. Daha həssas olduğunuz üçün emosiyalarınızı cilovlayın. Mübahisə etməyin. Başınızı yalnız adi işlərlə qatın.

Balıqlar - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsində xərcləyəsiniz. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.
Şərh Yaz