02.08.2017 Gündəlik Bürclər (2 Avqust 2017 Günlük Bürclər)

01 Ağustos 2017
4 592
0
02.08.2017 Gündəlik Bürclər (2 Avqust 2017 Günlük Bürclər)
Qoç – Qarşıdakı on gün üçün üzərinizə düşən vəzifələri indidən planlaşdırın. İştirakçısı olduğunuz hər bir sövdələşmədə qarşı tərəfin rəyini nəzərə alın. İnadkarlıq sizə başucalığı gətirən deyil.

Buğa - Sağlamlığınızı qorusanız, başqa probleminiz olmayacaq. Sıxıntı çəkməkdənsə dəniz sahilində, kənd yerində dincəlin. Amma lazımsız yerlərə pul xərcləmək fikrinə düşməyin.

Əkizlər - Günün birinci yarısını nəzərə almasaq, qalan saatlar bürcünüz üçün düşərli olacaq. Yeni simalarla rastlaşmağınız, işgüzar proseslərdə dəstək almağınız gərginliyinizi azaldacaq.

Xərçəng - Qarşınızda olduqca məsuliyyətli bir dövr durur. Biznes sahəsində və münasibətlərdə proseslər ürəyinizcə olacaq. Amma xətakar və yalançı adamların şirin dilinə aldanmayın.

Şir - Fəaliyyət zəminində xırda irəliləyişlərdən başqa hansısa mütərəqqi uğurlara yiyələnməyəcəksiniz. Qohumluq-qonşuluq münasibətlərində humanistlik göstərin. Savab qazanmağa çalışın.

Qız - Yeni ayın bu ilk günü əsasən fərdi yaradıcılığınız üçün uğurlu olacaq. Həmkarlarınızla aranızda mövcud olan gərginlik qismən səngiyəcək. Səhhətinizin də qayğısına qalın.

Tərəzi - Təxminən saat 12-yə qədər ümumi əhvalınızda gərginlik müşahidə ediləcək. Sonrakı saatlarda isə daxili sabitliyiniz bərpa olunacaq. Əsas vaxtınızı istirahətə həsr edin.

Əqrəb - Göstərdiyimiz zaman kəsiyində yeni işlərə başlamaq və sizə aid olmayan münasibət məsələlərinə müdaxilə etmək xoşagəlməz sonluqla nəticələnə bilər. Qazanmaq ehtimalınız böyükdür.

Oxatan - Bürcünüz üçün aktiv olan bu təqvimdə hansısa ciddi problemlə rastlaşma ehtimalınız yoxdur. Əksinə, uğurlu nəticələrdən xəbər verən çoxsaylı görüş və sövdələşmələrdə iştirakınız baş verəcək.

Oğlaq - Yaramaz adamlardan uzaq olun. Çünki sizə qarşı pislik etmək istəyənlər çoxdur. Hər hansı mübahisə və prinsipiallıq isə sizin üçün deyil. Boş məsrəflərə çox pul xərcləməyin.

Dolça - Avqustun bu ilk təqvimi sizin üçün kifayət qədər uğurlu olacaq. Xırda maliyyə problemlərini nəzərə almasaq, digər sahələrdə cərəyan edən situasiyalar zövqünüzlə uyğunlaşacaq.

Balıqlar - Gün ərzində bütün işlərdə bacardığınız qədər məsuliyyətli olmalısınız. Əks təqdirdə nəzərdə tutduğunuz planları reallaşdırmaqda problemləriniz olacaq. Səfərə hazırlaşmağa dəyər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.