07.08.2017 Gündəlik Bürclər (7 Avqust 2017 Günlük Bürclər)

06 Ağustos 2017
4 708
0
07.08.2017 Gündəlik Bürclər (7 Avqust 2017 Günlük Bürclər)
Qoç – Ailə-sevgi münasibətlərində bir qədər anlaşılmazlıqlar mümkündür. Çalışın ki, bu amil mübahisə həddinə çatmasın. Səhvlərinizi etiraf etməyi bacarın. Bunun sizə yalnız xeyri dəyə bilər.

Buğa – Gündəlik ünsiyyətdə olduğunuz hər kəslə davranışlarınıza fikir verin. Özünüzü mehriban aparın. Bacarıqsız adamlarla münasibətləri zəiflədin. Varlanmaq üçün imkan qazanacaqsınız.

Əkizlər - Ailə üzvlərinizlə müəyyən xoşagəlməzliklər gözlənilsə də, bu, yalnız günün birinci yarısını əhatə edəcək. Nahardan sonra isə xoş təsadüflərlə rastlaşacaqsınız. Axşam qonaq gedin.

Xərçəng – Ziddiyyətli bir gün yaşayacağınız gözlənilir. Ulduzlar sizə qarşı bir neçə istiqamətdən təzyiqlər olacağını, həmçinin perspektivli təkliflər alacağınızı bildirir. Bunların ən yaxşısını seçin.

Şir – Gələcək həyatınızda önəmli dəyişikliklər etmək istəyirsinizsə, bu gündən maksimum bəhrələnin. Aldığınız təklifləri dönə-dönə götür-qoy edin. Saat 18-20 arası yeniliklər gözlənilir.

Qız - Olduqca rəvan gündür. Ulduzlar müdafiənizdə durduğundan qarşıya qoyduğunuz ədalətli məqsədləri reallaşdıracaqsınız. Şəxsi büdcənizdə müəyyən artımlar da gözlənilir.

Tərəzi – Bu gün uğur əldə etmək istəyirsinizsə, risk etməkdən qorxmayın. Bir də çalışın ki, hədəfiniz sağlam olsun. Neçə vaxtdan bəri davam edən maliyyə problemləriniz də aradan qalxmalıdır.

Əqrəb – Bütün gücünüzü ortaya qoyub məqsədlərinizi reallaşdırın. Kiminsə köməyinə tam ümidlə bel bağlamayın. Belə həssas məqamlarda mənasız dedi-qoduya vaxt ayırmayın.

Oxatan – Hər şeydən əvvəl haqqınızı qorumalısınız. Bu vaxta qədər keçdiyiniz yoldan, xüsusən də buraxdığınız səhvlərdən nəticə çaxarın. Yaxın 5 gündə bu analizlərin həyatınızı dəyişəcəyinə inanın.

Oğlaq – Maraqlı simalarla rastlaşma ehtimalınız böyükdür. Bu isə öz-özlüyündə planlarınızın sürətli inkişafında əhəmiyyətli rol oynayacaq. Əgər işlə bağlı məşğul deyilsinizsə, axşam mütləq qonaq gedin.

Dolça – Büdcənizi artırmaq üçün geniş imkanlarınız var. Boş-boşuna vaxt itirməyə çalışmayın. Pul qoxusu gələn istənilən ünvana və şəxsə müraciət edin. Qeybətcil adamlardan uzaq olun.

Balıqlar – Gün ərzində daha çox sağlıq durumunuzu nəzarətdə saxlayın. Özünüzü iqlimin şıltaqlığına hazır tutun. Bunu bacardığınız təqdirdə hər hansı problem çıxmayacaq. Bu gün yeni əlaqələr uğur vəd edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.