08.08.2017 Gündəlik Bürclər (8 Avqust 2017 Günlük Bürclər)
Buğa - Fəaliyyətlə bağlı ciddi problemlərlə rastlaşa bilərsiniz. Bu səbəbdən məsləhət görülməyən adamlarla ciddi müzakirələrə girişməyin. Nəzərə alın ki, səhər saat 09:58-dən sonra Ay bürcünüzə daxil olur.
Əkizlər - Ürəyiniz istəməyən adamlarla ünsiyyətdən uzaqlaşın. Əgər müsahibiniz sizi başa düşmürsə, özünüzü yormağa nə lüzum?! Nahardan sonra işgüzar sövdələşmələrdə iştirak edin.
Xərçəng - Yorulmaq bilmədən çalışmalısınız. Çünki indiki dar məqamda hər şey çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Ulduzlar şəxsi həyatınızda böyük dönüşün yaxınlaşdığını göstərir.
Şir - Görəcəyiniz işlər barədə hər kəsə məlumat verməyin. Əks təqdirdə bu amil özünüzə qarşı silaha çevriləcək. Yalnız ədalətli addımlar atın. Təcrübəli insanların məsləhətini eşidin.
Qız - Yaxşı olar ki, bu təqvimdə hər hansı riskə getməyəsiniz. Onsuz da bunun müsbət nəticəsi olmayacaq. Kənar məsləhətlərə qulaq asın. Vaxtınız olsa, qohumlarınıza baş çəkin.
Tərəzi - Ümumi çalarlarına görə kifayət qədər uğurlu təqvimdir. Bir tərəfdən sevindirici xəbərlər eşitməyiniz, digər tərəfdənsə şəxsi büdcənizdə müəyyən artımlar ovqatınızı xoş edəcək.
Əqrəb - Yaxşı olar ki, tərəddüd etdiyiniz bütün planları təxirə salasınız. Çünki ulduzlar əmin olmadığınız məsələlərə baş vurmağı məsləhət görmür. Əsas vaxtınızı fəaliyyətə yönəldin.
Oxatan - Günün birinci yarısı müəyyən qədər gərgin keçə bilər. Sonrakı müddətdə isə qarşınıza qoyduğunuz məsələlərdə bəxtiniz gətirəcək. Qazanmaq və qonaq getmək üçün də münasib vaxtdır.
Oğlaq - Öhdənizə düşən işlərin çoxluğu sizi yora bilər. Bu səbəbdən qarşınızda duran vəzifələri konkretləşdirməlisiniz. Havaların dəyişkənliyi səhhətinizə mənfi təsir göstərməsin deyə, qorunun.
Dolça - Bəxtinizdə mübahisəli bir gün dursa da, büdcənizi artırmaq üçün gözəl imkanlar qazanacaqsınız. İradənizə zidd addımlar atmayın. Hansısa məqsədinizə tərs olmaqla yetişməyə çalışmayın.
Balıqlar - Ürəyinizə yaxın olan adamlarla rastlaşacağınıza şübhə etməyin. Eyni zamanda buna özünüz də cəhd edin. Əmin olun ki, bu, rahatlığınızı təmin edəcək. Kasıbçılığı dərd kimi qavramayın.