09.08.2017 Gündəlik Bürclər (9 Avqust 2017 Günlük Bürclər)

08 Ağustos 2017
4 750
0
09.08.2017 Gündəlik Bürclər (9 Avqust 2017 Günlük Bürclər)
Qoç - Hər mənada uğurlu təqvimdir. Öz gücünüzə etibar edin. Çünki Göy qübbəsi sizə elə bir enerji verəcək ki, bütün maneələri dəf edə biləcəksiniz. Axşamsa sürprizlər gözlənilir.

Buğa - Passiv gündür. Hansısa qeyri-adi hadisəni gözləməyə dəyməz. Yaxşı olar ki, üzərinizə düşən adi işlərin həlli ilə məşğul olasınız. Məxfi görüşləri və səfərləri təxirə salın.

Əkizlər – Elektrik və digər avadanlıqlarla ehtiyatlı davranın ki, xəsarət almayasınız. Digər sahələrdə elə bir çətinliyiniz olmayacaq. Axşam saatlarını ürəyinizə yaxın dostlarla gəzintiyə həsr edin.

Xərçəng - Günün birinci yarısında nəzərdə tutduğunuz perspektivlərin müəyyən hissəsini həll edə biləcəksiniz. Nahardan sonra isə yalnız neytral mövqe tutmalı, riskdən uzaq olmalısınız.

Şir - Təxminən saat 14-ə qədər ümumi əhvalınız süst olduğundan bütün ciddi işlərinizi təxirə salın. Sonrakı müddətdə isə maliyyə uğurlarınız gözlənilir. Uzaq yola çıxmayın.

Qız - İxtiyarınızda olan bu təqvimdə işgüzarlığınız kifayət qədər artacaq. Bu səbəbdən də şəxsi büdcənizi qorumalı, fəaliyyət istiqamətlərini dəqiqləşdirməlisiniz. Yeni təkliflərə razı olmayın.

Tərəzi - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu kimi sövdələşmə və müzakirələrdə iştirakınız yaxın gələcəyin planlarını həyata keçirməyə kömək edəcək. Şübhəli adamlardan uzaq olun.

Əqrəb - Kifayət qədər mübahisəli gündür. İfadə etdiyiniz hər bir sözə ciddi yanaşın. Əks təqdirdə münaqişəli situasiyalara cəlb olunacaqsınız. Falçı və cadugərlərdən uzaq olun.

Oxatan - Qarşılıqlı münasibətlərdə, eləcə də işgüzar sövdələşmələrdə ulduzlar sizə dəstək verəcək. Böyük uğurlarınızın ilkin qığılcımları məhz bu təvimdən etibarən start götürəcək.

Oğlaq - İxtiyarınızda olan bu maraqlı gündə savab işlərinizin sayını artırmağa çalışın. Bu, sonrakı proseslərin həllində sizə kömək edəcək. Mövcud problemlərə görə narahat olmağa isə dəyməz.

Dolça - Əksər məsələlərdə gün sizin xeyrinizə işləyəcək. Şəxsi işlərinizdə müsbət rol oynaya biləcək insanlarla da rastlaşacaqsınız. Unutmayın ki, hazırda uğurlarınıza gedən yolun astanasındasınız.

Balıqlar - Sevgi məsələlərinə mülayim yanaşın. Bu, həm mövcud olan əsəbiliyinizi azaldar, həm də işlərinizin yaxşılaşmasına təkan verə bilər. Qohumluq münasibətlərinə xüsusi fikir verin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.