19.08.2017 Gündəlik Bürclər (19 Avqust 2017 Günlük Bürclər)

18 Ağustos 2017
4 907
0
19.08.2017 Gündəlik Bürclər (19 Avqust 2017 Günlük Bürclər)
Qoç - Göy qübbəsinin qənaətlərinə görə, yavaş-yavaş həyatın nəbzini tutmağa başlamısınız. Daxili sarsıntılarınız da səngiməkdədir. Gününüzü daha maraqlı etmək üçün qonaq getməyə çalışın.

Buğa - Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan əhatədə də iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə tərəfdaşlarınızla bir daha götür-qoy edin.

Əkizlər - Müəyyən məziyyətlərinə görə uğurlu gün hesab etmək olar. Ailə-sevgi münasibətlərindən tutmuş iş prinsipinə qədər rastlaşdığınız olaylar yalnız xeyirli olacaq. Özünüzü bədbinləşdirməyin.

Xərçəng - Ümumi əhvalınız qənaətbəxş olsa da, iş yerində çətinliyiniz gözlənilir. Bu səbəbdən üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Axşam uzaq yola çıxmağa dəyər.

Şir - Son vaxtlar özünüzə qapılmağınız heç də ulduzların xoşuna gəlmir. Çünki bu kimi hallar insanın ümidini qırır. Nahardan sonra qonaq gedin ki, fikriniz dağılsın. Pul da gözlənilir.

Qız - Olduqca müəmmalı gündür. Ətrafınızda cərəyan edən proseslərdən baş çıxara bilməyəcəksiniz. Bu səbəbdən də hər hansı addımı atmazdan qabaq ehtiyat tədbirlərinizi artırmalısınız.

Tərəzi - Böyük dəyişikliklər astanasındasınız. Ulduzlar sürpriz dolu məqamlar yaşayacağınıza imkan verəcək. Amma belə anlarda kiməsə yalan satmaq, hiyləgərlik etmək yolverilməzdir.

Əqrəb - Neçə gündən bəri başladığınız işgüzar fəaliyyətinizi bu təqvimdə də davam etdirməlisiniz. İşlə bağlı qarşınızı kəsən bütün maneələri dəf etməyə çalışın. Kənar təsirlərə aludə olmayın.

Oxatan - Aktiv gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Tərəddüd etdiyiniz məsələlərdə mütləq məsləhət alın. Nahar ərəfəsindən sonra sevindirici hadisələr gözlənilir.

Oğlaq - Maliyyə məsələləri ilə bağlı əlverişli gün olsa da, çox güman ki, mübahisəsiz keçinməyəcəksiniz. Ədalətli qərarlara hörmətlə yanaşın. Nahardan sonra səfərə çıxmağa dəyər.

Dolça - Həddindən ziyadə uğurlu gündür. Ovqatınız xoş, maddi durumunuz isə qənaətbəxş olacaq. Odur ki, bu istiqamətdə aktivliyinizi artırmalısınız. Ailə problemlərinə biganə yanaşmayın.

Balıqlar - Şəxsi büdcənizdə irəliləyişə nail olmaq üçün gözəl şanslarınız var. Uzun müddət ala bilmədiyiniz borclarınızı və ya haqqınızı almaqda ulduzlar sizə kömək göstərəcək. Axşamı evdə keçirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.