20.08.2017 Gündəlik Bürclər (20 Avqust 2017 Günlük Bürclər)

19 Ağustos 2017
4 814
0
20.08.2017 Gündəlik Bürclər (20 Avqust 2017 Günlük Bürclər)
Qoç - Günün ümumi görüntüsü işlərinizin normal tərzdə cərəyan edəcəyinə əsas verir. Hər hansı qanqaraçılığı və ya məyusluq ehtimalı yoxdur. Ailə zəminində isə hər şey ürəyinizcə olacaq.

Buğa - Yaxın ünsiyyətdə olduğunuz insanların əksəriyyəti problemlərinizin həllində böyük rol oynayacaqlar. Bu, çıxardığınız qərarlardan, atdığınız addımlardan birbaşa asılı olacaq.

Əkizlər - Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hər hansı məclisdə keçirməyiniz daxili nigarançılığınızı azaldacaq. Qonşu və qohumlarla münasibətləri məcrasından çıxarmayın.

Xərçəng - Nəzərdə tutduğunuz əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə obyektiv olun. Öz müsahiblərinizə bacardığınız qədər güzəştə gedin. Böyüklərin məsləhətini qulaqardına vurmayın.

Şir - Bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Hansısa ciddi və riskli işlərə qol qoymamalısınız. Bu günün işini sabaha saxlamayın. Qərarlarınızda qəti olun.

Qız - Saat 16-ya qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinliyiniz olmayacaq. Ailə-sevgi zəminində isə yeni mərhələyə qədəm qoyacaqsınız.

Tərəzi - Müəyyən çalarlarına görə, bəxtinizə ziddiyyətli təqvim düşüb. Qarşılaşdığınız proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Pul məsələlərində ehtiyatlı olun.

Əqrəb - İxtiyarınızda olan bu təqvimdə aktivliyi artırmağınız vacibdir. Bunun öhdəsindən gəlsəniz, ulduzlar sizə yardımçı olacaq. Yaxın adamlarınızdan xəstələnən varsa, mütləq ona baş çəkin.

Oxatan - Həddindən ziyadə uğurlu ərəfədir. Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün ətrafınızdakılar sizə yardımçı olacaqlar. Günün ikinci yarısı bu baxımdan daha münasibdir.

Oğlaq - Əgər ixtiyarınızda olan bu təqvimdən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik görüş və əyləncələr bəxş edəcək. Buna hazır olun.

Dolça - Saat 14-ə qədər olan ərəfə istisna olmaqla qalan saatları yüksək əhval-ruhiyyədə başa vuracağınız ehtimal olunur. Axşama yaxın darıxdığınız insanlara baş çəkməyə çalışın.

Balıqlar - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün əhəmiyyətli vaxtdır. Boş dayanmaqdansa səylərinizi birləşdirib yalnız irəli getməlisiniz. İşıq ucu gələn bütün yollara baş vurun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.