27.08.2017 Gündəlik Bürclər (27 Avqust 2017 Günlük Bürclər)

26 Ağustos 2017
5 175
0
27.08.2017 Gündəlik Bürclər (27 Avqust 2017 Günlük Bürclər)
Qoç - Yeni əlaqələr qurmaq istəyirsinizsə, bu tarixdən maksimum yararlanmağa çalışın. Nüfuzlu adamların köməyindən istifadə edin. Gəlişixoş sözlər işlətməyin. Onsuz da buna heç kim inanmayacaq.

Buğa - Olduqca səmərəli bir təqvim yaşayacaqsınız. Cərəyan edən proseslər bütünlüklə zövqünüzə uyğun olacaq. Amma daxili orqanlarınızı da qorumalısınız. Ağır fiziki işlərə ara verin.

Əkizlər - Göy qübbəsi gün ərzində sizi bir neçə dəfə sınaqdan keçirməyə çalışacaq. Buna hazır olun və hər hansı məişət problemini özünüzə dərd etməyin. Şəxsi işlərinizdə dönüş yaranmaqdadır.

Xərçəng - Nə qədər güclü olsanız da, təkbaşına hansısa vəzifənin öhdəsindən gələcəyinizi düşünməyin. Çünki sizə dəstək verən olmasa, uğurlu olaylardan uzaq düşəcəksiniz. Bəxtinizdə pul var.

Şir - Qarşınızda duran bu maraqlı təqvimi bürcünüz üçün ən perspektivli ana çevriləcək. Sizə qarşı hiyləgər mövqedə duranlara əl-qol açmağa macal verməyin. Lazımi məqamlarda sərtlik də göstərin.

Qız - Ulduzların düzümü maddi çətinliklərinizdən xəbər verir. Çalışın ki, büdcənizdə olan vəsaiti boş məsrəflərə xərcləməyəsiniz. Ailə üzvlərinizin problemlərinə laqeyd yanaşmayın.

Tərəzi - Böyük dəyişiklər astanasındasınız. Hətta lazımi məqamda düzgün qərar çıxarsanız, ayın sonuna qədər ovqatınız xoş olacaq. Tərəddüd etdiyiniz məsələləri isə təxirə salmalısınız.

Əqrəb - Özünüzü nə qədər təmkinli aparsanız, işləriniz də bir o qədər uğurlu gedəcək. Hansısa xırdaçılığa görə hisslərinizi kandara çıxarmayın. Axşama yaxın maraqlı hadisələr gözlənilir.

Oxatan - Astroloji göstəricilər potensial imkanlarınızın genişlənəcəyini göstərir. Əgər gücünüzə inanırsınızsa, boş dayanmağa lüzum yoxdur. Axşam rəqiblərinizdən təhlükə gözlənilir.

Oğlaq – Adi bir gün yaşayacaqsınız. Hansısa böyük bir iş görəcəyiniz və ya qanqaraçılığı ilə rastlaşacağınız ağlabatan deyil. Bu gün riskdən, eləcə də yeni sövdələşmələrdən uzaq olmalısınız.

Dolça - Dünəndən mənfi yüklü Ay bürcünüzə girdiyi üçün həmkarlarınızla, yaxınlarınızla mübahisələriniz mümkündür. Bu səbəbdən gün ərzində daxili sabitliyinizi qorumalısınız.

Balıqlar - Kosmik gərginlik sizi müşayiət etsə də, çılğınlıq etməsəniz, günü sakit tərzdə başa vuracaqsınız. Nahardan sonra sizi səbəbsiz münaqişələrə cəlb etmək istəyəcəklər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.