04.09.2017 Gündəlik Bürclər (4 Sentyabr 2017 Günlük Bürclər)

03 Eylül 2017
4 803
0
04.09.2017 Gündəlik Bürclər (4 Sentyabr 2017 Günlük Bürclər)
Qoç – Astroloji göstəricilərə görə, maddi durumunuzda müəyyən irəliləyişlər mümkündür. Bununla yanaşı gözləmədiyiniz istiqamətdən sizə qarşı təxribat da ola bilər. Tədbirli olun.

Buğa - Gecə saat 03:14-dən Ay bürcünüzdə qərar tutduğundan müəyyən gərginlik müşahidə oluna bilər. İlk növbədə səhhətinizə fikir verin. İşgüzar sövdələşmələrdə iştirakınız isə olduqca vacibdir.

Əkizlər - Fəaliyyətlə bağlı xoşagəlməzliklər görünür. Bu amili nəzərə alıb ciddi işlərin həllini təxirə salın. Sevgi və digər münasibətlərdə isə vəziyyət xeyrinizədir. Uzaq yola çıxmaq olar.

Xərçəng - Əyləncə və gəzintilərə çox da aludə olmayın. Bu gün işgüzarlığınızı artırmalısınız. Yeni planlarınızı həyata keçirmək üçün bəzi nüfuzlu şəxslərlə görüşməyiniz vacibdir. Çağırışlara gecikməyin.

Şir – Özünüreklam prinsiplərindən uzaq olun. Çünki indi belə adamlara müsbət nəzərlərlə baxmırlar. Qarşı tərəfin ədalətli fikirləri ilə razılaşın. Hər hansı mübahisəyə isə lüzum yoxdur.

Qız - Əsəblərinizi cilovlaya bilsəniz, heç bir qanqaraçılığı olmayacaq. Qərar çıxarmamışdan əvvəl yaxşıca götür-qoy edin. Uzaqda yaşayan qohumlarınızla əlaqə saxlayın.

Tərəzi - Ümumi çalarlarına görə uğursuz gündür. Ətrafınızda olanlar əsəblərinizi tarıma çəkə bilər. Odur ki, hər bir situasiyada öz mövqeyinizi qabartmamalı, emosiyalara uymamalısınız.

Əqrəb – Ehtiyatlı olun, aldanma ehtimalınız var. Etibar etdiyiniz adamlar tərəfindən hiyləgərliyə tuş gələ bilərsiniz. Yaxşı olar ki, mühüm planlarınız haqda kiməsə məlumat verməyəsiniz.

Oxatan – Kifayət qədər yorucu gündür. Əgər reallıq imkan versə, bütün vaxtınızı evdə və ya təbiət qoynunda keçirin. Qida və yuxu rejiminizə fikir verin. Ağır fiziki işlərdən uzaq olun.

Oğlaq - Sağlıq durumunuza xüsusi diqqət yetirin. Əks təqdirdə həkimə müraciət etməli olacaqsınız. Özünüzü stressli vəziyyətdən qoruyun. Tənhalığa qapılmaqdansa, dostlarınızla bir arada olun.

Dolça - Göy qübbəsi uğurlardan vəd verir. Sadəcə, siz də özünüzü bu vəziyyətə hazırlamalısınız. Ailə-sevgi münasibətlərində xoş ovqat qazanacaqsınız. Pulsuzluğa görə narahat olmayın.

Balıqlar - Hər mənada düşərli gündür. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə bəxtiniz gətirə bilər. Günün ikinci yarısında normal qazanmaq ehtimalınız da var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.