23.09.2017 Gündəlik Bürclər (23 Sentyabr 2017 Günlük Bürclər)

22 Eylül 2017
4 424
0
23.09.2017 Gündəlik Bürclər (23 Sentyabr 2017 Günlük Bürclər)
Qoç - Günün ümumi mənzərəsi ürəyinizcə olacaq. Artıq daxili süstlüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınıza yığışan yeni dost-tanışlar məqsədlərə yetişməkdə sizə yardımçı olacaqlar.

Balıqlar - Bütün vacib işlərinizi saat 16-ya qədər tamamlamağa çalışın. Əmin olun ki, həmin vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Sonrakı saatlarda isə istənilən riskdən imtina edin.

Əkizlər - Əgər bu təqvimdən zövq alıb rahatlanmaq istəyirsinizsə, mütləq səfərə çıxın. Bununla siz stress və ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra bilərsiniz. Ailə-sevgi məsələlərində xırdaçılığa yer verməyin.

Xərçəng - Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə, nəyisə izah etmək enerji itkinizdən savayı bir iş deyil. Əgər bu kimi lüzumsuz işlərlə məşğul olsanız, ixtiyarınızda olan tarixdən zövq almayacaqsınız.

Şir - Bütün işləriniz qaydasında getdiyindən kimlərəsə yalan vəd verməyin. Qətiyyən bacarmadığınız işin qulpundan yapışmayın. Əsəbi anlarda dostlarınız arasında sakitləşməyə çalışın.

Qız - Kifayət qədər təzadlı ərəfədir. Hər addımı ölçüb-biçməyə çalışın. Mövqeyinizə zidd hərəkətlərə yol verməyin. Astroloji göstəricilər saat 14-dən sonra kiməsə güzəştə getməyi məsləhət görmür.

Tərəzi - Yaxşı olar ki, əsas diqqətinizi maliyyə məsələlərinə yönəldəsiniz. Bilirsiniz ki, qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən kiməsə borc vermək fikrinə düşməyin. Başqalarının şəxsi işlərinə müdaxilə etməyin.

Əqrəb - Qarşınızda kifayət qədər mistik bir gün durur, anlaşılmaz hadisələr çox olacaq. Passivlik müstəvisində qərar tutan ailə-sevgi münasibətlərinə yenidən baxın. Mümkün qədər bütün neqativlikləri minimuma endirin.

Oxatan - Ehtiyatlı olun, səhhətinizlə bağlı xoşagəlməzliklər baş verə bilər. Ələlxüsus da saat 12-16 arası özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalısınız. Bu gün istənilən səfəri təxirə salsanız, yaxşıdır.

Oğlaq - İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yolverilməzdir. Yaxşısı budur, adi işlərin həlli ilə məşğul olasınız. Əks halda çəkdiyiniz əziyyətlər hədər gedəcək.

Dolça - Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu gün təmin olunacaq. Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın. Bir az səmimi olun, dünyamızı, insanları daha çox sevin.

Balıqlar - Gün ərzində enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. Nahardan sonra səfərə çıxmaq olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.