06.10.2017 Gündəlik Bürclər (6 Oktyabr 2017 Günlük Bürclər)

05 Ekim 2017
4 249
0
06.10.2017 Gündəlik Bürclər (6 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - Hansısa böyük uğursuzluqla rastlaşacağınızı ağlınıza gətirməyin. Lakin nə vaxtsa buraxdığınız səhvlərə görə müəyyən gərginliklə üzləşə bilərsiniz. Bu gün şəxsi işlərinizdə müsbət dönüşə nail olacaqsınız.

Buğa - Daxili təlatümlərinizi azaltmaq üçün əsas gücünüzü istirahətə yönəldin, ələlxüsus axşam saatlarını. Doğma kəslərinizin yanında, əyalətlərimizdə dincəlməyə çalışın. Səhvlərinizi etiraf etməkdən çəkinməyin.

Əkizlər - Ümumən uğurlu bir gün yaşayacaqsınız. Qarşınızda duran böyük planları reallaşdırmaq üçün həmkarlarınızın köməyindən istifadə edin. Günün ikinci yarısı maraqlı təkliflər ala bilərsiniz. Uzaq səfərə çıxmayın.

Xərçəng - Kosmik mənzərə səmərəsiz bucaqda olduğundan daha çox səhhətinizə (xüsusən də əsəblərinizə) fikir verməlisiniz. Bunu bacardığınız təqdirdə qalan işləriniz qənaətbəxş olacaq. Büdcənizdə artım da gözlənilir.

Şir - İnsanlardan bu qədər gileyli olmağınız sizə günah yazdıra bilər. Bundansa ətrafdakılarla ümumi dil tapmağa çalışın. Ali məqsədlərinizə çatmaqda əzmkar olun. Böyüklərin məsləhətini qulaqardına vurmayın.

Qız - Saat 11-14 aralığını nəzərə almasaq, bu təqvimi səmərəli şəkildə başa vuracaqsınız. Yeni tanışlıqlar və işgüzar əlaqələr mövqeyinizi göstərməkdə, planlarınızın reallaşmasında əhəmiyyətli rol oynayacaq.

Tərəzi - Qarşınızda duran bütün vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırın. Göstərilən müddətdə nüfuzlu və təcrübəli insanların sizə böyük səmərəsi dəyə bilər. Sonrakı müddətdə neytrallığınızı qoruyun.

Əqrəb - İxtiyarınızda olan bu günü qənaətbəxş tərzdə başa vuracaqsınız. Astroloji göstəricilər yeni əlaqələr yaradacağınızdan xəbər verir. Tanrı hökmünə zidd hərəkətlər etməyin. Şəxsi büdcənizdə artım gözlənilir.

Oxatan - Gün ərzində büdcənizdə irəliləyiş mümkün olsa da, qidadan zəhərlənmə ehtimalınız da var. Bir az diqqətli olun. Uzaq yola çıxmayın, məhkəmə və sənədləşdirmə işlərini mümkün qədər təxirə salın.

Oğlaq - Astroloji təyinatlara görə, gün ərzində böyük işlər görəcəksiniz. Nəticənin uğurlu olacağını nəzərə alıb əzmkarlığınızı daha da artırmalısınız. Amma aldığınız təkliflərə düşünmədən razılıq da verməyin.

Dolça - Qarşınızda adi bir gün durur. Yalnız gündəlik iş və bir qədər utopik müzakirələrlə vaxtınızı ötürəcəksiniz. “Hər şeyi bilən yalnız Allahdır” prinsipinə qarşı unutqanlıq etməyin. Bu gün səfərə çıxmayın.

Balıqlar - Yaxşı olar ki, saat 12-yə qədər bütün riskli və yeni işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz daha çox boşa çıxa bilər. Sonrakı saatlarda isə ulduzlar şanslarınızı artıracaq. Uzaq səfərlər də səmərəlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.