Günlük Bürclər 18.08.2014

18 Ağustos 2014
2 912
0
Günlük Bürclər 18.08.2014
Günlük Bürclər 18.08.2014

Qoç - əvvəl başladığınız işləri başa çatdırmaq üçün bu rahat və rəvan zamandan istifadə edin. Tələskənlik yolverilməzdir. Düşünülməmiş addımlar və qərarlar aradan qaldırılması xeyli vaxt tələb edəcək fəsadlar yaradacaq. Köhnə dostlarla yanaşı, yeni tanışlardan yardım almaq olar.
Müttəfiqlər sizi tək qoymayacaqlar.
Günün ikinci yarısı romantik təmaslar üçün əlverişlidir. Təşəbbüskar olun. Yaşlı qohumlara laqeyd yanaşmayın. Onların diqqət və qayğıya ehtiyacları var.


Buğa - peşəkar fəaliyyət müstəvisində eksperimentlər üçün əlverişli zamandır. Yeni işlərə başlamaq olar. Onların öhdəsindən gələcəksiniz. Həmkarlarınız ideya və təkliflərinizi dəstəkləyəcəklər. İşdə həmkarlarınızın dediklərinə diqqət verin. Amma unutmayın ki, yanlışlıqlar və uğursuzluqlara görə məsuliyyəti siz daşımalı olacaqsınız. Başqasının işini bir daha yoxlamağa tənbəllik etməyin.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Romantik təmaslar pozitiv hisslər bəxş edəcək. Axşam saatlarında əsəblər gərilə bilər. Yaxınlarınız sizi anlamırlar.


Əkizlər - çətin, məşəqqətli gündür. Problemlərdən qurtulmağa çalışsanız da, onlar sizdən əl çəkmir, həllini tələb edirlər. Yaxın ətrafınızdakı insanlardan yardım və ya məsləhət gözləməyin. Hər kəs öz maraqlarını təmin etməyə çalışır. İşdə rəhbərliklə xoşagəlməz söhbət istisna deyil.
Günün ikinci yarısında işgüzar tərəfdaşların sizə ciddi iradları olacaq.
Son qərar verməzdən əvvəl yaranmış situasiyanı dürüst qiymətiləndirin. Sağlam məntiq və intuisiya sizi kobud səhvlərdən qoruya bilər.


Xərçəng - mürəkkəb, hadisələrlə zəngin gündür. Yaşananları dərhal dəyərləndirmək mümkün deyil. Ehtiyatlı davranın, sayıq olun. Ən kiçik səhvin ciddi fəsadları ola bilər. Hər şeyə rəğmən səhvlərdən qurtulmaq mümkün deyil.
Ağır problemləri mümkün qədər tez həll etməyə çalışın. Bunun üçün bəzi planlara dəyişikliklər etməli, bəzi niyyətləri unutmalı olacaqsınız.
Günün ikinci yarısında kiçik uğursuzluqlar və xoşagəlməz hadisələrə sakit yanaşın. Cibinizdə böyük məbləğ olmasın. Bahalı əşya, mühüm sənəd və ya dəyərli nəsnəni unuda, yaxud da itirə bilərsiniz.

Şir - çətin gündür. Hətta ən kiçik nailiyyətləri əldə etmək üçün ciddi səylər göstərmək gərəkdir. Böyük qələbə şansı azdır. İndiyədək birlikdə çalışdığınız və dil tapdığınız insanlar hazırda sizdən narazıdır. Onlar yeni iradlar irəli sürür, kiçik məsələlərə görə inciyirlər.
Günün ikinci yarısında emosional fonun qeyri-stabil olması sizə mane olmamalıdır. Qeyri-standart situasiyalarda düzgün qərarlar qəbul edin. Hisslərə aldanmayın.
Alış-verişdə çox pul xərcləməyin. Sövdələşmələr, borc almaq və ya kredit götürmək üçün əlverişli gün deyil. Səfər və ya səyahətə yollanırsınızsa, yaşı hazırlaşın. Hər şeyi taleyin ümidinə buraxmayın.

Qız - mənfi təmayüllərin təsiri güclüdür. Günün ilk yarısı xüsusilə çətin olacaq. Ən kiçik işlərin öhdəsindən gəlmək problem yaradacaq. Lakin saatlar keçdikcə doğru taktikanı formalaşdıra biləcəksiniz.
Günün ikinci yarısında ilk uğurlara nail olacaqsınız. Nailiyyətlər böyük deyil, amma əhvalınızı yaxşılaşdıracaq.
Yeni ideyalar yaranır. Onları təhlil edin. Bəzi ideyaları reallaşdırmağa başlamaq olar. Yaxınlarınız sizi xoş sürprizlərlə sevindirəcəklər. Çoxdan bəri gözlədiyiniz xəbəri alacaqsınız.


Tərəzi - həqiqətin gözünə dik baxın. Problemləri etiraf etmək xoşagəlməz olsa da, zəruridir. Ətrafınızda baş verənləri nə qədər tez anlasanız, gərəkli fəaliyyət modelini bir o qədər tez formalaşdıran bilərsiniz.
Yalnız öz qüvvənizə bel bağlayın. Müttəfiq və ya tərəfdaşlar yalnız işin başa çatmasına az qaldığı vaxtda peyda olacaqlar.
Günün ikinci yarısı müzakirələr, ünsiyyət və danışıqlar üçün əlverişlidir.
Alış-verişə yollanmaq olar. İmicdə köklü dəyişikliklər etməyin. Nəticə sizi pərişan edə bilər.


Əqrəb - yaşam prinsiplərinə sadiq qalın, təmkinli olmağı unutmayın. Soyuqqanlı darvansanız, yolunuzdakı bütün maneələri dəf edə bilərsiniz. Yeni işlər və ya riskli layihədə iştirak maliyyə durumunuza zərbə vura bilər. Mübahisələrə qatılmayın. Söz güləşdirmək sizi qıcıqlandıracaq, qüvvənizi alacaq.
Günün ikinci yarısında məişət qayğılarına fikir verin. Rahatlığın təminatı çox səlyər və xərclər tələb edir. Məişət texnikası və avadanlığın təmirində çətinliklər yarana bilər.


Oxatan - nə isə yanlış alınır. Problemi araşdırmağa çalışır, amma bir nəticə hasil edə bilmirsiniz. Yaxın ətrafınızdakı insanlara verdiyiniz çoxsaylı suallar onları qıcıqlandırır. Adi günlərdən fərqli olaraq müraciətlərinizə verilən mənfi cavabların sayı çoxdur.
Günün ikinci yarısında yaxınlarınızla mübahisə etməyin.
Maliyyə fonu yaxşı deyil. Pul qıtlığı yaranıb. Bu səbəbdən də xərcləri azaldın. Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Xroniki ağrıların kəskinləşməsi istisna deyil.


Oğlaq - əlverişli və yaxşı gün deyil. Çətin problemlərin yaranmasına imkan verməməyin ən yaxşı yolu aktivliyi bir qədər aşağı salmaqdır. Yaşam prinsiplərini dəyişməyin. Qarşınızda yaxşı perspektivlər yaranır. Yeni imkanlardan yararlanmaq üçün qətiyyətli, əzmkar, iradəli olun.
Günün ikinci yarısında populyar olmağa çalışmayın. Tənqidlərə sakit reaksiya verin. Bu gün başqalarının səhvlərinə görə cavab verməli olacaqsınız. Belə situasiya sizi önəmli təcrübə sahibi edəcək.
Mübahisələrə qatılmayın, münasibətləri ayırd etməyə və haqlı olduğunuzu göstərməyə çalışmayın. Möveqlərinizin haqlı, ədalətli olduğunu yaxın ətrafınızdakı insanlar anlayacaqlar.


Dolça - səhhətinizdə kiçik problemlər ola bilər. Travma riski var. Gününüzü dəqiq planlaşdırın. Enerji potensialınızın səviyyəsinin yüksək olmadığını unutmayın. Ağır işləri azaldın. Adi günlərlə müqayisədə daha çox istirahət edin.
Günün ikinci yarısı mühüm qərarların qəbul edilməsi üçün əlverişli deyil. Uzaq qohumlar və ya yetərincə yaxşı tanımadığınız insanlarla görüşləri təxirə salın. Hər təsadüfi qarşılaşmanı taleyin hökmü saymayın. Romantik təmaslara aldanmayın. Belə münasibətlərin heç bir perspektivi yoxdur.


Balıqlar - çətinliklər və problemlər az olmasa da, uğursuz gün deyil. Yaşananları drüst dəyərləndirin. Nə isə alınmayanda təlaşa qapılmayın. Kiçik problemlərə görə əhvalınızı pozmayın. Ağıllı və məntiqi davranın, soyuqqanlı olun. Belədə yaxın ətrafınızdakı insanlar sizi təkrarlamağa çalışacaqlar.
Günün ikinci yarısında yaxınlarınız məsləhətlərinizə qulaq asacaqlar. Yanlış yol göstərmirsiniz. Yaxşı əməllərinizə görə sizi tərifləyəcəklər.
Axşam saatlarında aktiv istirahəti seçin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.