10.10.2017 Gündəlik Bürclər (10 Oktyabr 2017 Günlük Bürclər)
Buğa - Astroloji göstəricilər sevgi ümmanına baş vurmağınızı tövsiyə edir. Nəzərə alın ki, hazırda təkanverici qüvvəniz məhəbbətdir. Maliyyə və iş barədə gözləmə mövqeyi tutmağınız daha səmərəlidir.
Əkizlər - Saat 12-dən etibarən iş müstəvisində bəzi kəm-kəsirləriniz qaydasına düşməlidir. Sənədləşdirmə işlərində diqqətli olun. Həlledici anlarda təcrübəli adamlarla məsləhətləşməkdən çəkinməyin.
Xərçəng – Təəssüflər olsun ki, ötən gün mövcud olan gərginliyiniz davam edə bilər. Bunun üçün gərək Tanrı nizamına əl uzatmayasınız. Çətinliyinizi dəf etmək üçün etibarlı dostlarınızla bir araya gəlin.
Şir - Hər mənada düşərli gün demək olar. Çünki nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirə biləcəksiniz. Üstəlik, maliyyə çətinlikləriniz də aradan qalxacaq.
Qız – Qarşınızda xoş təəssüratlar yarada bilən hadisələr durur. Odur ki, öhdəliyinizdə duran vacib işlərin çoxusuna yetişə bilərsiniz, xüsusən də yeni iş qurmaq istiqamətində. Maddi durumunuz da qənaətbəxşdir.
Tərəzi – Kifayət qədər maraqlı bir gün yaşayacaqsınız. Yeni insanlarla ünsiyyət, tanışlıq və perspektivli sövdələşmələr gələcəyə nikbin baxmağınıza səbəb olacaq. Doğmalarınızla mümkün qədər əlaqə saxlayın.
Əqrəb - Axşam saatlarına qədər mənfi enerjili Ayın sizin bürcdə qərar tutması ümumi işlərinizdə lənglik yaradacaq. Bu səbəbdən bütün vacib işlərinizi mümkün qədər təxirə salın. Qidanıza diqqət yetirin.
Oxatan - Proqnozunuzu hazırlayarkən istifadə etdiyimiz bütün mənbələr daha çox səhhətinizə fikir verməyinizin vacibliyini önə çəkir. Bunu bacarsanız, heç bir narahatçılıqla rastlaşmayacaqsınız. Səfərə çıxmayın.
Oğlaq - Maraqlı tanışlıqlar yolunuzu gözləyir. Bu, perspektivlərinizə xidmət etdiyi təqdirdə, fəaliyyətə də müəyyən qədər fasilə vermək olar. Başqalarının sizə verdiyi istənilən sirrə sadiq qalın.
Dolça – Qarşınızda sakit bir gün durur. Neytrallığınızı qorumaqla yalnız uğur qazanacaqsınız. Fəaliyyət müstəvisində başqalarının dediyindən daha çox öz təcrübənizə bel bağlayın ki, uduzmayasınız.
Balıqlar – Ulduzlar ünsiyyətdə olduğunuz insanların bədxahlığına neytral yanaşmağınızın əleyhinədir. Çünki uğursuzluqlarınızın əksəriyyəti cəsarətsizliyinizdən irəli gəlir. Aktiv olun ki, ədalət qalib gəlsin.