11.10.2017 Gündəlik Bürclər (11 Oktyabr 2017 Günlük Bürclər)

10 Ekim 2017
4 991
0
11.10.2017 Gündəlik Bürclər (11 Oktyabr 2017 Günlük Bürclər)
Qoç – Fəaliyyət zəminində müəyyən mənada gərginliklər ola bilər. Ona görə də riskli və qeyri-ənənəvi heç bir işə həvəs göstərməyin. Bu gün uzaq səfərləri mümkün qədər təxirə salın. Bəxtinizdə pul var.

Buğa – İş və maddi durum yol versə, evinizə təzə əşya və ya özünüzə geyim alın. Bunun sizə böyük əhəmiyyəti dəyəcək. Əks cinslə münasibətlərdə mülayim mövqe nümayiş etdirin. Yağlı qidalardan çəkinin.

Əkizlər – Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmək, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır. Fəaliyyətinizə mane olan məşğuliyyətdən uzaqlaşın.

Xərçəng – Yaxın adamlarla, qohum-qonşularla münasibətləri tənzimləyin. İndi sizin enerji məhz bu müstəvidən qidalanacaq. Amma yeni işlərə pul qoymaq, kimlərəsə ciddi məbləğdə borc vermək sizlik deyil.

Şir – Döyüş taktikasına görə, ilk hücum edən qələbə çalır. Siz də haqq işinizin uğurlu nəticəsi üçün ilk addımı özünüz atmalısınız. Proqnozlara gəlincə, nahardan sonra maraqlı təkliflər olmalıdır.

Qız – Ağır fiziki işlərdən, riskli sövdələşmələrdən və uzaq səfərlərdən imtina edin. Ailə-sevgi münasibətlərində isə yol verdiyiniz səhvləri düzəltməyə çalışın. Maliyyə problemlərinizi təcili çözün.

Tərəzi – Qarşınızda ilahi bir gün var. Bu səbəbdən mübahisələrdən yayınmalı, qeyri-ciddi adamlarla oturub-durmamalısınız. Yalan vədlər verməyin. Uzaq səfərləri isə mümkün qədər təxirə salın.

Əqrəb – Pulla bağlı problemləri nəzərə almasaq, bu gün hansısa çətinliyiniz olmayacaq. Bir qədər qənaətcil olun. Günorta saatlarından başlayaraq şəxsi işlərinizdə əsaslı dönüş baş qaldırmalıdır.

Oxatan – İnsanlara etibarsızlıq etməyin, planlarınızın reallaşmasında isə mənasız yerə risk ə getməyin. Yalnız bu halda günün ümumi uğurlarını özünüzə cəlb edə bilərsiniz. Gecə qalmamaq şərtilə səfər etmək olar.

Oğlaq – Bu gün əsas vaxtınızı səhhətinizə yönəltməlisiniz. Çox güman ki, neçə vaxtdan bəri gərilən əsəbləriniz özünü bir az da qabardacaq. Müalicə səmərəli olar. Axşama doğru yaxşı xəbərlərə hazır olun.

Dolça – Fəaliyyət dairənizi genişləndirmək üçün qarşınıza çıxan bütün şanslardan istifadə edin. Saat 16-dan sonra varlanma ehtimalınız olduğu üçün bütün mümkün variantlardan yararlanın. Sözübütöv olun.

Balıqlar – İstər qarşılıqlı münasibətlərdə, istər ailə-sevgi məsələlərində, istərsə də maliyyə sahəsində uğurlarınız artmalıdır. Amma istənilən sövdələşmə və müzakirələrdə ölçülü-biçili addımlar atmalısınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.