13.10.2017 Gündəlik Bürclər (13 Oktyabr 2017 Günlük Bürclər)

12 Ekim 2017
5 034
0
13.10.2017 Gündəlik Bürclər (13 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - Kosmik ahəngə uyğunlaşmağı bacarsanız, qayğılarınız da azalacaq. Qlobal problemlərinizin həll olunması üçün canfəşanlığınızı artırmalısınız. İş yerini dəyişmək barədə tələskənlik etməyin.

Buğa - Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Amma nəzərdə tutduğunuz ideyaları həyata keçirmək üçün mütləq risk etməlisiniz. Onsuz da əksər işləriniz risklər hesabına reallaşır.

Əkizlər - Qarşınızda uğurlu bir gün durur, paralel olaraq bir neçə işdə fəaliyyət göstərə bilərsiniz. Hadisələrin müsbət inkişafı daha şanslı olmağınıza şərait yaradacaq. Rəhbərliklə mehriban davranın.

Xərçəng - Ümumi ab-hava əsəblərinizə mənfi təsir göstərsə də, bu, qarşınıza qoyduğunuz məqsədlərə yetişməkdə sizə mane olmayacaq. Hərdəmxəyallıq, acıdillilik etməyin. Xeyir işlərə dəvətdən yayınmayın.

Şir - Ulduzlar saat 16-ya qədər ayıq-sayıqlığınızı artırmağınızı məsləhət görür. Ələlxüsus da fəaliyyət zəminində baş verən bütün proseslərdə neytrallıq nümayiş etdirməlisiniz. Səfərə çıxmaq olmaz.

Qız - Gün ərzində aldığınız heç bir dəvətə "yox" deməyin. Çünki astroloji göstəricilər tarixi bir gün yaşayacağınızı bildirir. Fürsəti fövtə verməmək lazımdır. Amma özünüzü bədxah adamlardan qoruyun.

Tərəzi – Perspektivlərinizin reallaşması üçün bir qədər mürəkkəb gündür. Hətta vəzifə pilləsində müəyyən uğursuzluq ehtimalınız da var. Tərəddüd etdiyiniz məsələlərdə təcrübəli insanlarla məsləhətləşmələr aparın.

Əqrəb - Saat 11-ə qədərki vaxtı nəzərə almasaq, bu təqvimin bəhrəsini hər addımda görəcəksiniz. Vəzifəli şəxslərlə ünsiyyəti dərinləşdirin. Əmin olun ki, müzakirələrdən asılı olaraq həyatınız dəyişəcək.

Oxatan - Günboyu qazanc əldə etmək üçün yaxşı imkanlarınız olacaq. Vaxtın darlığını nəzərə alıb yarımçıq işlərinizi tezliklə yekunlaşdırmağa çalışın. Əks təqdirdə qarşıdakı həftəni problemli keçirəcəksiniz.

Oğlaq - Daxilinizdə mövcud olan ümumi gərginliyi dəf etmək üçün mübarək insanlarla ünsiyyət qurun, ziyarətlərə baş çəkin. Ulduzlar saat 15-dən sonra ovqatınızda müsbət dönüş seziləcəyini bildirir.

Dolça - Astroloji göstəricilər daha çox şəxsi büdcənizin artacağından xəbər verir. Hətta bunun naminə digər məsələləri ikinci plana da sala bilərsiniz. Qısası, bu gün cibiniz boş qalmamalıdır. Uzaq yola çıxmayın.

Balıqlar - İxtiyarınızda olan bu gün sizin üçün çox sakit keçəcək. Amma kiməsə borc vermək uğurlu deyil. Hüquqi sənədlərinizi qaydasına salın. Valideynlərinizə, yaşlı qohumlarınıza diqqəti artırın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.