16.10.2017 Gündəlik Bürclər (16 Oktyabr 2017 Günlük Bürclər)

15 Ekim 2017
4 812
0
16.10.2017 Gündəlik Bürclər (16 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - Bəxtinizdə kifayət qədər riskli bir gün durur. Əgər özünüzdə cəsarət tapıb ötkəm addımlar atsanız, qarşınıza sipər çəkən istənilən maneəni dəf edə biləcəksiniz. Axşam ağlagəlməz yeniliklərin şahidi ola bilərsiniz.

Buğa – Ulduzlar sizdə ruhi saflaşma prosesi başladığını bəyan edir və gərək Tanrıya xoş getməyən addımlardan yayınasınız. İstirahərə də yer ayırın. Yeri gəlmişkən, günün ən varlı bürcü siz olacaqsınız.

Əkizlər - Şəxsi işlərinizdə, fəaliyyətdə, qarşılıqlı münasibətlərdə, həmçinin maliyyə məsələlərində kifayət qədər müvəffəqiyyətə nail olacaqsınız. Amma bunu proqnozla deyil, hərəkətlə reallaşdırmalısınız.

Xərçəng – Ümumi yorğunluğu nəzərə almasaq, elə bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Əksinə, nə vaxtdan bəri yığılıb qalmış problemlərinizin əksəriyyətini ustalıqla dəf edəcəksiniz. Axşam qonaq gedin.

Şir - Gücünüzü maliyyə problemlərinin həllinə yönəldin. Çünki fəaliyyətinizdəki bəzi boşluqlar büdcənizdə ciddi kəm-kəsirlər yaradıb. Sevgidə mövcud olan kobudluğunuzu da aradan qaldırın.

Qız - Səhhətinizə ciddi fikir versəniz, bu təqvimdən narazı qalmayacaqsınız. Bu ərəfədə spirtli içki, siqaret və duzlu qidalar sizə daha çox mənfi təsir göstərəcək. Ciddi gəliriniz olmasa belə, kasıb qalmayacaqsınız.

Tərəzi - Ötən dövrün gərginliyindən əsər-əlamət qalmayacaq. Üstəlik, sizə rəğbət bəsləyən adamların əksəriyyəti mövcud sıxıntılarınızı aradan qaldırmağa çalışacaq. Amma gərək siz də mövcud reallıqdan kənara çıxmayasınız.

Əqrəb - Həmkarlarınızla ünsiyyətdə təşəbbüskarlığı əldən verməyin. Əgər borcla bağlı problemləriniz varsa, onu xətm etməyə səy göstərin. Axşama doğru maraqlı tanışlıqlar yolunuzu gözləsə də, sirlərinizi açmayın.

Oxatan – Bir çox işlərdə qarşınıza ciddi uğurlar çıxaracaq. Hətta elə hadisələr baş verə bilər ki, bu, uzun müddət normal yaşayışınıza təminat verər. Bu səbəbdən də əzmkarlığınızı artırmalı, daha taktikalı gedişlər etməlisiniz.

Oğlaq – Kosmik durum sizə enerji verəcək. Yeni işgüzar təkliflər alacağınız da qaçılmazdır. Bunu nəzərə alıb bir az müdrik olun. Deyilənlərə baxmayaraq, uzaq səfərə çıxmaq planlarınızı təxirə salmalısınız.

Dolça - Kifayət qədər ciddi uğurlar astanasındasınız. Elə etməlisiniz ki, hər addımınız ətrafdakılar tərəfindən gözlənilməz olsun. Çünki əvvəlcədən bildikləri təqdirdə sizə mane olacaqlar. Çılğın olmayın.

Balıqlar - Əksər məsələlərə görə günün ümumi mənzərəsi ürəyinizcə olacaq. Xüsusən də saat 12-dən sonra şəxsi işlərinizdə müsbət dönüş baş qaldıracaq. Qarşınızda duran perspektivlərdən maksimum yararlanın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.