17.10.2017 Gündəlik Bürclər (17 Oktyabr 2017 Günlük Bürclər)

16 Ekim 2017
5 117
0
17.10.2017 Gündəlik Bürclər (17 Oktyabr 2017 Günlük Bürclər)
Qoç – Bütün astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Qətiyyən passivləşmək olmaz. İşgüzar görüş və müzakirələrinizi intensivləşdirin. Amma məhəbbət amili də yaddan çıxmasın.

Buğa – Bütün gücünüzlə ətrafınızdakı problemlərin ən kiçiyindən başlayaraq həll edin. Özünüzü qələbəyə tənzimləyin. Onu da unutmayın ki, ürəyinizdə eşq varsa, fani dünyanın əzablarına məğlub olmayacaqsınız.

Əkizlər – Qarşınızda duran bu zaman kəsiyindən fövqəladə bir şey gözləməyin. Belə ki, istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə ümumi axar passiv olacaq. Yalnız istirahətə yer ayırın.

Xərçəng – Köhnə dostlarınızın köməyi ilə mövcud çətinliklərinizi dəf edəcəyinizə inanın. "Hər şeyin təzəsi, dostun köhnəsi" fikrinə ciddi yanaşın. Bu gün pulla bağlı da probleminiz olmayacaq.

Şir – Beyninizdə olan gözəl və qazanclı ideyaları tətbiq edin. Boş durmaq sizi ruhən xəstələndirə bilər. Ağıllı sandığınız insanlarla bir araya gəlin. Oturaq işlərə, kompüterə aludə olmağa ara verin.

Qız – Keçmişin acılarına qapılmaq sizə ağır zərbə vura bilər. Bir az nikbin olun, dünyanı, insanları sevin. Ulduzlar nahardan sonra bu istiqamətdə sizə şans yaradacaq. Yaxşı qidalanın.

Tərəzi – Daha çox səhhətinizə fikir verin ki, qarşıdakı həftənin vəzifələrini həyata keçirə biləsiniz. Bu gün başlıca probleminiz olan maliyyə çətinlikləri qismən də olsa, qaydasına düşəcək.

Əqrəb – Təxminən saat 13-dən başlayaraq şərikli iş görmək üçün şanslarınız artacaq. Bundan maksimum yararlanmağa çalışın. Allahın buyurduğu savablardan istifadə edin. Uzaq yola çıxmağa lüzum yoxdur.

Oxatan – İlk öncə bilməlisiniz ki, bu təqvim daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək. İşgüzar görüşlərdə iştirak etmək üçün böyük şanslarınız da olacaq. Uzaq səfərləri isə mümkün qədər təxirə salın.

Oğlaq – Hər şeydən əvvəl sağlamlığınızın qayğısına qalın. Qonşu və qohumlarınızla münasibətlərə xələl gəlməsinə macal verməyin, çox təhlükəlidir. Bu gün əlinizə düşən pulları boş məsrəflərə xərcləməyin.

Dolça – Görünür, ünsiyyətdə olduğunuz insanları kifayət qədər yaxşı tanımırsınız. Çünki dəflərlə müşahidə etsəniz də onlara yenə inanırsınız. Bir az diqqətli olsanız, günboyu heç bir qanqaraçılığı ilə üzləşməyəcəksiniz.

Balıqlar – Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Pulla bağlı olan çətinlikləriniz də aradan qalxmağa başlayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.