18.10.2017 Gündəlik Bürclər (18 Oktyabr 2017 Günlük Bürclər)

17 Ekim 2017
5 064
0
18.10.2017 Gündəlik Bürclər (18 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - İxtiyarınıza verilən bu ərəfə ilk növbədə gələcək planların reallaşdırılması üçün səmərəlidir. İşgüzar sövdələşmələr, müzakirələr əhəmiyyətlidir. Saat 18-dən sonra ünsiyyətdə ehtiyatlı olun.

Buğa - Astroloji göstəricilər bu gün üçün nəzərdə tutduğunuz perspektivlərin həyata keçəcəyini bəyan edir. Əgər səhhətinizi qorumağı bacarsanız, bu tövsiyələrə əməl edə bilərsiniz. Geyiminizə fikir verin.

Əkizlər – Belə bir günü evdən kənarda keçirməyiniz məqsədəuyğun deyil. Yalnız bu halda xoşagəlməzliklər olmayacaq. Bütün planlarınızı başqa vaxta salın və hər mənada səbrli olun.

Xərçəng - Ümumi çalarlarına görə, qənaətbəxş ərəfədir. Darıxmağınıza səbəb ola bilən hər hansı hadisə baş verməyəcək. Ulduzlar maddi gəlir üçün yaxşı imkan qazanacağınızı da bildirir.

Şir - Oktyabrın ən maraqlı günlərindən birini yaşayacaqsınız. Uğurlu hadisələrlə rastlaşacağınız qaçılmazdır. Saat 16-18 arası riskli işlərə girişməyin. Əks təqdirdə uduzacaqsınız.

Qız - Bu gün planetiniz olan Venera aktivləşdiyindən sevindirici məqamlarla rastlaşacağınıza şübhə etməyin. Yeniləşmiş sevgi əlaqələri, təzə tanışlıqlar ovqatınızı xeyli yüksəldəcək.

Tərəzi - Ötən günlərin gərginliyi xeyli səngiyəcək. Bu səbəbdən də passiv fəaliyyət göstərməməli, əsas diqqətinizi ideal planların reallaşmasına yönəltməlisiniz. Ehtiyac sahiblərinə səxavət göstərin.

Əqrəb - O qədər də düşərli təqvim deyil. Hisslərinizi cilovlayın, kənar təsirlərə aludə olmayın. Sizə qarşı amansızlıq etmək istəyən hər kəsə sərt mövqe göstərin. Sevgidən ilham alın ki, mövcud gərginliyiniz ərisin.

Oxatan - Xoş təsadüflərlə zəngin bir gün yaşayacaqsınız. Bu isə ovqatınızı xeyli yüksəldəcək. Əgər hər addımda Tanrı qüdrətinə arxalansanız, gözəl məqamlarınız bol olacaq. Yalan vəd verməyin.

Oğlaq - Bu təqvimi bütünlüklə istirahətə həsr edin. Fiziki işlərdən nə qədər uzaq olsanız, bir o qədər rahatlıq tapacaqsınız. Yaxşı olar ki, pul problemləri barədə düşünəsiniz. İş müzakirələri də səmərəlidir.

Dolça - Hiss olunur ki, darıxdırıcı günlər yaşayırsınız. Bu xoşagəlməzliyi dəf etmək istəyirsinizsə, müxtəlif ünvanlara baş çəkin. Hətta büdcənizdən asılı olaraq səfərə də çıxa bilərsiniz.

Balıqlar - Bu gün üçün pul əldə etmək müşkül məsələdir. Odur ki, bu barədə baş sındırmayın. Əsas diqqətinizi münasibətlər zəmininə yönəldin. Bəzi mübahisələriniz gözlənilir. Hər sözə ciddi yanaşmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.