22.10.2017 Gündəlik Bürclər (22 Oktyabr 2017 Günlük Bürclər)

21 Ekim 2017
4 823
0
22.10.2017 Gündəlik Bürclər (22 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - Fiziki cəhətdən zəiflədiyinizdən fəaliyyət barədə az düşünün. Hansısa riskli işə baş qoşmağa dəyməz. Saat 15-dən sonra şəxsi büdcənizdə müəyyən artımlar gözlənilir. Səfərə çıxmayın.

Buğa - Ulduzlar süst olduğunuzu göstərsə də, ümidsizləşməməli, həyata nikbin nəzərlərlə baxmalısınız. Planetlərin müsbət konfiqurasiyası bu təqvimdə yeni layihələri müzakirə etməyi məsləhət görür.

Əkizlər - Əgər səhhətiniz qaydasındadırsa, başqa məsələlərdə nigarançılıq çəkməyəcəksiniz. Nahar ərəfəsində aldığınız dəvətlərdən imtina etməyə çalışın. Qiymətli əşyalarınızı qoruyun.

Xərçəng - Bu gün enerjiniz zəif olsa da, perspektivlərinizlə bağlı apardığınız bütün sövdələşmələr uğurlu olacaq. İşgüzar görüşlərdən qaçmayın. Bu təqvim alqı-satqı üçün də düşərlidir.

Şir - Adətən ilin bu çağlarında mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Keçmişdə baş verən münaqişələrin müzakirəsindən çəkinin.

Qız - Nahara qədər bütün ciddi işləri təxirə salın. Yoxsa gərginlikdən qurtula bilməyəcəksiniz. Bədxah insanlarla rastlaşma ehtimalınız olduğundan bacardığınız qədər təmkin göstərin.

Tərəzi - Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməməyinizdən doğur. Nahardan sonra qonaqlıq gözlənilir.

Əqrəb - Bu gün zehni işləri azaldıb daha çox dincəlməlisiniz. Fəaliyyətə isə ümumiyyətlə, ara verməyiniz məsləhətdir. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.

Oxatan - Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşasınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.

Oğlaq - Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir.

Dolça - Büdcənizdə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də alacağınız əmanətləri əldə etmək üçün ciddi addımlar atın. Bu gün "çağrılmamış qonaq" rolunda çıxış etməyin.

Balıqlar - Olduqca rəvan bir gündür. Çoxsaylı və maraqlı hadisələrlə rastlaşacaqsınız. Amma acıdil adamların atmacalarına təmkinlə yanaşmalısınız. İki sürpriz də gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.