27.10.2017 Gündəlik Bürclər (27 Oktyabr 2017 Günlük Bürclər)
Buğa - Bürclərin əksəriyyətində olduğu kimi bu gün sizin də səhhətinizdə ağırlıq gözlənilir. Qara ciyərinizlə bağlı problemləriniz mümkündür. Fəaliyyətdə isə çətinliyiniz gözlənilmir.
Əkizlər - İşgüzar sövdələşmələrdə iştirak etmək üçün olduqca səmərəli gündür. Müzakirələr apardığınız həmsöhbətləriniz sizə xeyirli olan fikirlər söyləyəcək. Qərarlarınızda qətiyyətli olun.
Xərçəng - İş yerində mübahisələriniz gözlənilir. Belə neqativ hallardan yayınmaq üçün davranışlarınızda nəzakətli olun. İndiki məqamda belə şeylər yaramaz. Büdcənizi sağa-sola səpməyin.
Şir - Sağlamlığınızla bağlı çətinliyinizi dəf edə bilsəniz, qarşıya qoyduğunuz planları reallaşdıra biləcəksiniz. Hətta nahardan sonra varlanma ehtimalınız da var.
Qız - Maliyyə problemlərinə görə özünüzü üzməyin. Çünki ulduzların düzümü gün ərzində bu istiqamətdə sevinəcəyinizi bildirir. İkitərəfli əməkdaşlıqdan imtina etməyin.
Tərəzi - Yeni görüş və danışıqlar üçün uğurlu təqvimdir. Özünüzü təmkinli və dözümlü aparın ki, sövdələşmələrin nəticəsi xeyrinizə olsun. Özünüzü yerli-yersiz tərifləməyin. Sadə olun.
Əqrəb - Səhhətinizlə bağlı bəzi xoşagəlməzlikləri nəzərə almasaq, günün əsas hissəsini rahat şəraitdə başa vura bilərsiniz. Mübahisələrdən uzaq olun. Axşama yaxın önəmli xəbər eşidəcəksiniz.
Oxatan - Sağlıq durumunuzu nəzarətdə saxlayın. Orqanizminizi gümrahlaşdırmaq üçün mümkün tədbirləri həyata keçirin. Bunun üçün ən rahat yol pəhriz saxlamaqdır. Maddi sıxıntılarınız azalmaqdadır.
Oğlaq - Vaxtınızın əsas hissəsini sevgi amilinə həsr edin. İkili görüşlər, maraqlı gəzintilər sizə fərəh gətirəcək. Saat 15-18 arası maliyyə problemlərinizin həlli üçün uğurlu vaxtdır.
Dolça - Bu təqvimin yeganə bürcüsünüz ki, bəxtinizdə səfər və qonaqlıqlar durur. Enerjinizin çoxluğu qarşınızda duran bəzi maneələrin aradan qalxmasına təkan verəcək. Təki səbrli olasınız.
Balıqlar - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunduğundan əsas gücünüzü istirahətə yönəltməlisiniz. Bu gün sizə soyuq və duzlu qidalar qəbul etmək məsləhət görülmür.