29.10.2017 Gündəlik Bürclər (29 Oktyabr 2017 Günlük Bürclər)

28 Ekim 2017
5 434
0
29.10.2017 Gündəlik Bürclər (29 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - Təxminən saat 12-yə daxili sabitliyinizi qoruyun, ələlxüsus da fəaliyyət müstəvisində diqqətli olun. Bunun öhdəsindən gəlsəniz, günün sonrakı saatlarında ümumi gedişatdan razı qalacaqsınız.

Buğa – Maliyyə baxımından uğurlu gün hesab etmək olar. Bu səbəbdən pulla bağlı bütün planlarınızı hərəkətə gətirin. Ulduzların düzümü hazırkı mərtəbəyə gəlməyinizdə rolu olanları unutmamağı tövsiyə edir.

Əkizlər – Qarşınızda neytral bir gün durur. İştirakçısı olduğunuz proseslərdə qeyri-adi bir olay baş verməyəcək. Amma daha çox müsbət yönümlü mənzərə yaratmaq üçün səylərinizi artırmalısınız.

Xərçəng – Himayənizdə olan kiçikyaşlıları diqqətdə saxlayın. Çünki kosmik fon bu gün uşaqların zədələnə biləcəyini bildirir və yalnız siz bunu əvvəlcədən duya bilərsiniz. Nahardan sonra büdcənizdə artım gözlənilir.

Şir – İş münasibətlərini şəxsi münasibətlərlə qarışdırmayın. Bu, nəzərdə tutduğunuz hədəflərə çatmaqda sizə mane ola bilər. Ağıllı və təcrübəli adamların məsləhətlərindən yararlanın. Bu gün səfərə çıxmayın.

Qız – Ağlınız kəsməyən hər hansı işə qol qoymayın. Son zamanlar təcrübəniz olmayan sahələrə girişməyini sizi pərt edə bilər. Günün ikinci yarısını sevgiyə, qohumluq münasibətlərinə həsr edin.

Tərəzi – Günün ümumi mənzərəsi sizi qane etməyə bilər. Amma bütün daxili gücünüzü səfərbər etməklə bu gərginlikdən qurtula bilərsiniz. Xüsusən də nahardan sonra zamanı xeyrinizə dəyişmək imkanınız olacaq.

Əqrəb – Saat 14-16 aralığını nəzərə almasaq, bu təqvim xeyrinizə işləyəcək. Özünüzü çıxılmaz durumda hiss etməkdənsə, reallığa uyğun addım atın. Başqalarının şəxsi həyatına müdaxilə etməyin.

Oxatan – Səbrli olmaq bir yerə qədərdir. Çünki həyatda elə məqamlar var ki, cəld reaksiya bildirməlisiniz. Saat 12-dən 16-ya qədər sizə belə bir taktika lazım olacaq. Həmsöhbətiniz olan hər adama etbar etməyin.

Oğlaq – Daha çox işgüzar bir təqvim kimi yadınızda qalacaq. Ötən həftədən yığılıb qalmış iş problemlərini yenidən hərəkətə gətirmək və sürətlə başa çatdırmaq lazımdır. Axşama doğru yolda diqqətli olun.

Dolça – Sənədləşdirmə işlərində bir qədər diqqətli olun, xüsusən də nahara qədər. Bunu bacarsanız, gün ərzində hər hansı probleminiz olmayacaq. Daxili sabitliyinizi qorumaq üçün yaxşı həmsöhbət seçin.

Balıqlar – Qətiyyətli olmaq indi başlıca vəzifənizə çevrilməlidir. Əks təqdirdə sizə qarşı olanların sayı arta bilər. Günortadan sonra nəzərdə tutduğunuz planların həllinə doğru sürətli gedişiniz olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.