30.10.2017 Gündəlik Bürclər (30 Oktyabr 2017 Günlük Bürclər)

29 Ekim 2017
5 453
0
30.10.2017 Gündəlik Bürclər (30 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - Mövcud sıxıntılarınız qlobal planlarınızın reallaşmasına mane olur. Yaxşı şeylər haqqında düşünün. Çünki insan fikri gələcəyi formalaşdırır. Pula görə kiminləsə düşmənçilik yaratmayın.

Buğa – Ən müxtəlif sürprizlərə hazır olun. Oturaq işlərə aludə olmaqdansa, fəallığınızı artırın. Bəxtinizdə qazanc da var. Nahar ərəfəsində cinayət tərkibli və dinə zidd addımlardan yayının.

Əkizlər – Məhəbbət müstəvisində mövcud olan müəmma və anlaşılmazlıqları yoluna qoymaq üçün şanslı vaxtdır. Bu fürsəti fövtə verməyin. Amma işlə bağlı riskli sövdələşmələrdən uzaq olun.

Xərçəng – Fəaliyyətlə bağlı xeyli yeniliklərin şahidi olacaqsınız. Ürəyinizcə olan təkliflər alacağınıza da şübhə etməyin. Axşama doğru isə müəyyən təxribatlarla baş-başa qalma ehtimalınız var.

Şir - Nahara qədər hansısa uğurlu cəhdlərə nail olacağınızı düşünməyin. Göstərilən müddətdə yalnız istirahətə fikir verin. Yalan vədlər vermək, əsassız danışmaq zərərinizə ola bilər.

Qız – Fəaliyyət sahəsində uğurlara yaxınlaşdığınızı bəyan edən Göy qübbəsi aktivliyinizi artırmağı məsləhət görür. Ailə-sevgi və digər münasibətlərdə də vəziyyət xeyrinizə olacaq. Bu gün səfərə çıxmayın.

Tərəzi – Naharaqədərki dövrdə mübahisəli situasiyalara cəlb olunma ehtimalınız böyükdür. Bu səbəbdən də hər xırda məsələyə ciddi reaksiya verməməlisiniz. Saat 15-dən sonra maraqlı görüşləriniz gözlənilir.

Əqrəb – Yaxşı olar ki, əsas vaxtınızı maliyyə istiqamətində xərcləyəsiniz. Bütün variantları gözdən keçirin. Əyləncəyə, yaxud uzaq səfərlərə aludə olmaq yaramaz. Ulduzların bu tövsiyələrini qulaqardına vurmayın.

Oxatan – Kosmik fonun ümumi mənzərəsi gərginlikdən xəbər verir. O üzdən bütün enerjinizi təmkinli olmağa yönəltməlisiniz. Əsəbinizlə oynayan adamlarla üz-üzə gəlməməyə çalışın.

Oğlaq – Atacağınız addımlarda qətiyyətli olsanız, müvəffəqiyyətə yaxınlaşacaqsınız. Nəzərə alın ki, indiki durumda sizə güclü olmaq lazımdır. Bədxah adamları həqiqət və reallıqla məğlub edin.

Dolça - Kifayət qədər sərfəli gündür. Təzə və əlverişli sövdələşmələrdə iştirakınızdan tutmuş maliyyə məsələlərinə qədər ulduzlar yardımçınız olacaq. Ona görə də boş oturmamalısınız.

Balıqlar – Müəyyən qədər darıxdırıcı olsa da, daxili sabitliyinizi qorumaqla müəyyən rahatlıq tapa bilərsiniz. Ciddi qərarlar qəbul etməyinizə lüzum yoxdur. Axşam qonaq getməyiniz yaxşı olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.