31.10.2017 Gündəlik Bürclər (31 Oktyabr 2017 Günlük Bürclər)

30 Ekim 2017
4 835
0
31.10.2017 Gündəlik Bürclər (31 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - Bu təqvimdə aktivliyinizi birə-beş qat artırmalısınız. Ona görə də şəxsi məqsədləriniz naminə müəyyən ünvanlara baş çəkməyiniz vacibdir. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.

Buğa - O qədər də uğurlu gün deyil. Maneələriniz çox olacaq. Danışıqlarda təşəbbüskarlığı əldə saxlayın ki, qalib olasınız. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin.

Əkizlər - Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastlaşmayacaqsınız. İqlimin təhərindən asılı olmayaraq günün ikinci yarısında qonaq getmək əlverişlidir. Mistikaya qapılmayın.

Xərçəng - Şəxsi münasibətlərdə meydana çıxan mübahisəli situasiyalar nahardan sonra qismən də olsa, qaydasına düşəcək. Sadəcə, təmkin göstərmək lazımdır. Bu gün ziyarətgahlara getmək düşərlidir.

Şir - Astroloji göstəricilər ovqatınızın havadan asılı olduğunu bəyan edir. Dəyişkən havada çox durmayın, uzaq yola çıxmağa isə lüzum yoxdur. Özünüzü gərginliyə salmayın, qazanma imkanı var.

Qız - Olduqca riskli gündür. Çıxardığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər. Amma Göy qübbəsi haqqınızda nikbin əhval-ruhiyyədədir. Unutmayın ki, axşam saatlarına qədər Ay bürcünüzdə olacaq.

Tərəzi - Qarşınızda duran öhdəliklərin çoxluğu sizi üzməməlidir. Əgər bu vəzifəni icra etməkdə tərəddüdünüz varsa, dost-tanışlarınızın məsləhətlərindən bəhrələnin. İndi sizə qətiyyət lazımdır.

Əqrəb - Ailə üzvlərinizlə müəyyən anlaşılmazlıqlarınız gözlənilir. Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Tanrıya zidd addımlardan əl çəkin ki, nicat tapasınız.

Oxatan - İşgüzar sövdələşmələrdə iştirak etmək və gələcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı bütünlüklə sevdiyiniz insanlara həsr edin. Onlarla birgə olmağa çalışın.

Oğlaq - Maliyyə problemlərinə görə darıxmayın. Ulduzlar yaxın vaxtlarda sizi varlandıracaq. Bu günsə evlə bağlı maneələrin həllinə çalışmalısınız. Səhhətinizə ciddi yanaşın.

Dolça - Kənardan kömək göstərən olmasa, hansısa cəhdinizin baştutma ehtimalı reallaşmayacaq. Ümumiyyətlə, bu tarixdə yalnız başqalarının məsləhətilə hərəkət etməlisiniz. Axşam qonaq getməyə dəyər.

Balıqlar - Ümumi məziyyətlərinə görə xoş gündür. Bir şərtlə ki, işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoyasınız. Qarşılıqlı münasibətlərdə ürəyinizcə olan hadisələr mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.