08.11.2017 Gündəlik Bürclər (8 Noyabr 2017 Günlük Bürclər)

07 Kasım 2017
6 008
0
08.11.2017 Gündəlik Bürclər (8 Noyabr 2017 Günlük Bürclər)
Qoç - Böyük bir layihəni həyata keçirmək fikrindəsiniz. Amma nədən və necə başlamağı bilmirsiniz. Tərəddüd etməyin. Çünki indi "hakim bürc" sizsiniz və risk sizi müvəffəqiyyətə qovuşduracaq.

Buğa - Bürcünüzdəki planetar mənzərə bütün gedişatlarda xeyrinizi tənzimləyəcək. Xüsusilə saat 12-dən başlayaraq sizin uğurlu məqamlarınız başlayacaq. Bütün vacib planlarınızı həyata keçirməyə çalışın.

Əqrəb – Təxminən saat 15-ə qədər ümumi ovqatınız aşağı səviyyədə olacaq. Həmin ərəfədə neytral və təmkinli olun. Sonrakı müddətdə isə bir neçə sürprizlə rastlaşacaqsınız.

Xərçəng - İxtiyarınızda olan bu təqvimdə səhhətinizlə bağlı problemlər, həmkarlarınızla mübahisələr, həmçinin iştahasızlıq daxili sabitliyinizi poza bilər. Buna baxmayaraq, tədbirli olun.

Şir - Ailə-sevgi münasibətlərində, eləcə də fəaliyyət zəminində bəzi qalmaqallar gözlənilir. Özünüzü ələ alın. Tələsik qərar çıxarmayın. Lazım gəlsə, təcrübəli adamlarla məsləhətləşin.

Qız – İxtiyarınızda olan bu təqvimin ümumi görüntüsü daha çox gərginliyə yaxındır. Odur ki, əsəblərinizi cilovlamağa ehtiyac duyulur. Nahardan sonra isə qazanmaq ehtimalınız var.

Tərəzi - Ağlabatmayan, riskli işlərdən uzaq olmaqla qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdıra bilərsiniz. Saat 13-16 arası perspektivli təkliflər, təzə xəbərlər mümkündür.

Əqrəb - Səhərdən mənfi enerjili Ayın bürcünüzdə qərar tutması ümumi əhvalınızda süstlük yaradacaq. Bu səbəbdən də qeyri-ənənəvi addımlar amaqdan çəkinin. Daha çox gözləmə mövqeyində durun.

Oxatan - Ulduzlar göstərir ki, uğurlu və maraqlı bir gün yaşayacaqsınız. Sürprizlər də öz yerində. Göy qübbəsi saat 17-dən sonra təmiz havada gəzinməyi, qonaq getməyi məsləhət görür.

Oğlaq – Səhər saatları müəyyən qədər gərginliklə başlasa da, bu heç də qazanacağınız uğurlara sipər çəkməyəcək. Odur ki, narahat olmayın və bəxtinizə inanın. Gecəni mütləq öz evinizdə keçirin.

Dolça – Bəri başdan əmin olun ki, gün ərzində heç bir qanqaraçılığı və ya uğursuzluqla rastlaşmayacaqsınız. Əksinə, ətrafınızda olanların əksəriyyəti sizə xoş ovqat bəxş edəcək.

Balıqlar - İxtiyarınızda olan bu təqvimdə aktivliyinizi artırmağa ehtiyac var. Sevindirici bir yeniliklə rastlaşma ehtimalınız böyükdyr. Axşamsa yaxın ünvanlara qonaq getmək məsləhətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.