19.11.2017 Gündəlik Bürclər (19 Noyabr 2017 Günlük Bürclər)
Buğa - Dünən axşamdan bəd enerjili Ay bürcünüzdə olduğundan qida rasionunuza qeyri-ənənəvi təamlar əlavə etməyin. Nahardan sonra maraqlı adamlarla görüşləriniz mümkündür.
Əkizlər - Nə qədər ki öz bürcünüz "hakimdir", ətrafınızda layiqli tərəfdaşlar toplamağa çalışın. Bu, perspektivlərinizə yetişməkdə xeyli irəliləyiş yarada bilər. Təşəbbüskarlığı əldə saxlayın.
Xərçəng – Həyatınızın həssas məqamı yetişməkdədir. Hər addımı ölçülü-biçili atın ki, uduzmayasınız. Hər şeydən öncə qarşılıqlı münasibətlərə fikir verin. Məsuliyyətinizi hiss edin.
Şir - Maraqlı bir gün yaşayacaqsınız. Əgər dinə, adət-ənənəyə zidd hərəkətlərə yol verməsəniz, ovqatınız yüksək olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şansınız olacaq.
Qız - Qarşılıqlı münasibətlərdə uğurlu gedişlər edəcəyiniz gözlənilir. Bu, gələcək işləriniz üçün dönüş ola bilər. Şəxsi büdcənizi artırmaq üçün əhəmiyyətli görüşləriniz də mümkündür.
Tərəzi - Özünüzdə yarımçıq işlər bol olduğu halda, başqalarına əlavə problemlər yaratmayın. Quranda deyildiyi kimi, ya xeyirxah söz deyin, ya da susun... Bütün bunlar düşünməyiniz üçündür.
Əqrəb - Öhdəlikləriniz çoxaldığından bu təqvimi bir qədər yorğun şəkildə başa vuracaqsınız. Amma nəticənin səmərəsini göz önünə gətirib təmkinli olmalısınız. Axşam maraqlı görüşlər gözlənilir.
Oxatan – Əsəblərinizi sakitləşdirmək, daxili harmoniyanızı bərpa etmək üçün bütün gücünüzü səfərbər edin. İnsanları özünüzdən uzaqlaşdıran addımlar atmayın. Vaxtınızı sevgiyə sərf edin.
Oğlaq - Tərəddüdlərinizi dəf etmək üçün təcrübəli adamlarla məsləhətləşmələr aparın. Bu gün pul məsələlərini, uzaq səfərləri təxirə salın. Ailə-sevgi münasibətlərini arxa plana keçirməyin.
Dolça - Qohumluq müstəvisində qərəzli addımlara yol verməyin. Əks təqdirdə təklənə bilərsiniz. Mərhəmətli olun və çalışın ki, rəğbət qazanasınız. Yersiz tələbkarlığınızı minimuma endirin.
Balıqlar - Müqəddəs hədəfləriniz var, amma onlara yetişmək üçün lazımi addımlar ata bilmirsiniz. Məhz bu proqnozu oxuduğunuz andan etibarən hərəkətə keçin, Tanrı yardımçınız olar, inşallah.