BÜRCLƏRİN hamıdan gizlətdiyi GÜNAHLARI,etmək, sadəcə, edirsiniz, Sizin, deyilsiniz, Məsələn, qulaq, onlar, olanlara, şəxsiyyətsiniz, məcbur,

BÜRCLƏRİN Vazkeçə Bilmədikləri Günahları - MARAQLI

18 November 2017
1 594
0
BÜRCLƏRİN Vazkeçə Bilmədikləri Günahları - MARAQLI
Dünyada günahsız və səhvsiz insan yoxdur. Hərənin öz qaranlıq keçmişi və balaca da olsa, günahları var. Bu da həyatın təbii qanunauyğunluğudur. İnsanlar həyatı elə öz səhvlərinin üzərində öyrənir, onlardan düzgün nəticə çıxarır. O da reallıqdır ki, hər birimizin düzəldə bilmədiyimiz zəif cəhətlərimiz var.

Astroloqlar bu dəfə bürclərin gizlətməyə çalışdığı zəif cəhətlərinin cədvəlini hazırlayıb.
Feat.Az həmin cədvəli təqim edir:

Qoç - Yarış

Siz çox iddialı şəxsiyyətsiniz. Bu isə sizi daim başqaları ilə mübarizə aparmağa məcbur edir. Qalibiyyətə o qədər köklənirsiniz ki, ətrafda baş verən heç nəyi hiss etmir və olanlara fikir vermirsiniz. Siz arxayınlaşmağı və həyatdan zövq almağı öyrənməlisiniz.

Buğa - Zövq

Siz hər şeyin ən yaxşısını istəyirsiniz. Məsələn, yataq mələfələriniz mütləq ipək materialdan olmalıdır. Qab-qacağın da yalnız gümüş və ya qızıldan olmasına xüsusi diqqət göstərirsiniz. Bəs siz bilirdiniz ki, həddən artıq dəbdəbəli həyat tərzi sürmək günahdır? Əlbəttə ki, seçim yenə də sizindir.

Əkizlər - Qeyri-müəyyənlik

Sizin dediklərinizə müxtəlif tərəflərdən baxmaq lazımdır. Məsələn, adi xoş komplimentinizi asanlıqla incə atmacaya yozmaq olar. Bəzən də əksinə. Bu da Əkizlərin tez-tez uğursuzluğa düçar olması ilə nəticələnir.

Xərçəng - Zina

Zina evli olduğu halda həyat yoldaşına xəyanət etmək və başqası ilə cinsi əlaqədə olmaq deməkdir. Təəssüf ki, müasir dünyada zina elə də qorxulu günahlar cərgəsinə daxil edilmir...

Şir - Xudpəsəndlik

Yox, siz heç də narsist və özünə inamlı şəxsiyyət deyilsiniz. Sadəcə, hamıdan yaxşısınız və bunu digərlərindən gizlətməyə ehtiyac görmürsünüz.

Qız - Qeybət

Siz başqalarının həyatı haqqında danışmağı çox sevirsiniz. Hərdən özünüzə də irad bildirin. Yəqin ki, onda başqalarını olduğu kimi özünüzü də öz tənqidlərinizə inandıracaqsınız...

Tərəzi – Avaraçılıq

Əyləncə həyatınızı parlaq edir. Dostlarla məclislər sizin üçün təmiz hava kimi vacibdir. Lakin qapalılıq haqqında da unutmayın. Axı orada daha qiymətli nə isə var.

Əqrəb - Şəhvət

Əlbəttə ki, təbiət etibarilə siz kifayət qədər ehtiraslısınız. Əxlaqsız və azğın hesab edilən məsələlərə sizin öz baxışlarınız var. Xoşbəxtlikdən siz "sola" getməyə meyilli deyilsiniz. Sizin böyük mətanətinizə cəsarətlə həsəd aparmaq olar.

Oxatan - Boşboğazlıq

Dostlarınızla oynamağa sadəcə pərəstiş edirsiniz. Onlara özünüzdən uydurduğunuz hekayələr danışır və çox güman fəxr edirsiniz ki, bununla istənilən kəsin əhval-ruhiyyəsini qaldıra bilərsiniz. Bəs ulduzlar sizə dilinizi dinc qoymağı məsləhət görərsə? Çətin ki, siz onlara qulaq asacaqsınız...

Oğlaq - Acgözlük

Siz çox qonaqpərvərsiniz, ehtiyacı olanlara öz diqqət və qayğınızı bəxş etməyə həmişə hazırsınız. Siz onlar üçün çox şey edə bilərsiniz, amma pul məsələsində çox həssassınız. Məgər özünü və ailəsinin rifahını təmin etmək günahdır? Ola bilsin ki, bu günah yox, sadəcə ehtiyatlılıqdır.

Dolça - Dikbaşlıq

Siz heç vaxt ətrafdakıların məsləhətlərinə qulaq asmırsınız. Odur ki, bu bürcün nümayəndələrinə onların ürəyincə olmayan işi görməyə məcbur etmək sadəcə mümkün deyil. Sizin öz dəyərlər sisteminiz və öz avtoritetləriniz var, hansı ki, onlar hamılıqla qəbul edilmiş qayda-qanunlardan çox uzaqdır.

Balıq - İstedadınızı boşa sərf edirsiniz

Siz çox istedadlı və yaradıcı şəxsiyyətsiniz. Amma uğur əldə etmək üçün səy göstərmək lazımdır. Siz isə bunun üçün nəsə etmək və güclənmək fikrində deyilsiniz. Hər halda sınamağa dəyər. Bəlkə də dünyanı dəyişmək və gözəlləşdirmək üçün gücünüz tapılar.
publika.az
Mp3 indir
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz