2018-ci ilde burcler ne ved edirler,astroloji proqnoz,ulduz fali,burcler ne ved edir,2018 astrologiya,burcler yeni ilde,2018 burcler illik

2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? - Şərq təqvimi üzrə PROQNOZ

19 November 2017
2 947
0
2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? - Şərq təqvimi üzrə PROQNOZ
Vaxt sürətlə uçur və Sarı İt ili üzərində təhvil olan 2018-ci il yorulmadan yaxınlaşır! Odur ki, 2018-ci ilin illərə görə proqnozu ilə tanış olmaq vaxtıdır.

Feat.Az
xarici mətbuata istinadən xəbər verir ki, astroloqlar İt ilinin bizim hamımız üçün çox uğurlu olacağını proqnozlaşdırır. İt əməksevər və inadlı, eyni zamanda ədalətli insanları sevir. Bu səbəbdən də hər kəs öz mükafatını alacaq, sözsüz ki, layiq olduğu...

Çinlilərin inanclarına görə, it ehtiyacı olanların imdadına yetişən ağıllı və düzgün heyvanır. O, sülhsevərdir, bununla belə günahkarları da cəzalandırır. Ən vacibi isə 2018-ci ildə həm özünə, həm də başqalarına qarşı vicdanlı olmalısan. Çünki İt xəbərçi və ikiüzlü insanlardan nifrət edir. Əgər, sizin haqqınızda söz gəzdirirlərsə, arxayın olun ki, 2018-ci ildə bütün mənfi enerjilər onu yayanlara tərəf qayıdacaq. Bütövlükdə isə Şərq təqviminə görə, bütün zodiak işarələri üçün bu il sakit və xoşbəxt olacaq.

İt

İtlərə bu il ən cəsarətli arzularının həyata keçirilməsi üçün hər yerdə yaşıl işıq yanacaq. Heç nədən qorxmayın. Xəyal və risk edin, sizin qarşınızda bütün qapılar açılacaq.

Siçan

Siçan ilində doğulanlar bu il öz məqsədlərinə çatacaq. Heç bir halda təslim olmayın, hər şey siz təsəvvür etdiyinizdən də yaxşı olacaq.

Öküz

Öküz ilindən olanlar sabitlikdən zövq almaq olacaq. Bu il sizin üçün sakit keçəcək. Lakin bu, sevgi məsələlərinə aid deyil. Artıq payıza yaxın hisslər qasırğasına düşəcəksiniz və bu, gözəl olacaq!

Pələng
Bu il Pələnglər üçün imkanlar və şanslar ili olacaq. İt sizi fəal olmağa və istənilən təkliflərə reaksiya bildirməyə çağırır. Səyahət etmək çox faydalı olacaq, çünki sizi səfərlərdə xüsusi nəsə gözləyir.

Pişik (Dovşan)

Sizin üçün də 2018 qələbə ili olacaq. Siz lider mövqeyi tutmağa nail olacaqsınız. İt sizə bir az sakit davranmağı və sadəcə uğura köklənməyi məsləhət görür. Sevgidə tərəf müqabilinə etibar etmək lazımdır.

Əjdaha

Əjdahalar 2018-ci ildə bir qədər əziyyət çəkməli olacaq. Amma bütün çəkilən zəhmət öz bəhrəsini verəcək və artıqlaması ilə geri qayıdacaq. İşlərinizin nə qədər uğurlu alınması yalnız sizdən asılıdır. Şükür edin, xeyirxah işlər görün və 2018-ci ildə həyatınızın yaxşılığa doğru dəyişəcəyinə özünüz də təəccüb edəcəksiniz.

İlan

İt ili ilan ilində doğulan insanlar üçün çox maraqlı sürprizlər hazırlayıb. İl asan olmayacaq, amma siz çətinlikləri uğurla dəf edəcəksiniz. Əlinizi üzdüyünüz yerdən xoş xəbərlər eşidəcəksiniz.

At

Atlar üçün bu il sevgi və harmoniya ili olacaq. Ən əsası öz qayğınıza qalın, çünki özünüzü həddən çox yükləyirsiniz.

Qoyun (Keçi)

Keçilər üçün bu il dəyişikliklərlə yadda qalacaq. Sizi sanki gözəgörünməz bir qüvvə lazım olan anda, lazım olan yerə sovuracaq.

Meymun

İtlər Meymun ilindən olanlara bir neçə həyat dərsi öyrənməyə məcbur edəcək. Əmin olun ki, bu dərslərdən çıxardığınız nəticə sizin üçün uzunmüddət faydalı olacaq.

Xoruz

İt ili Xoruz ilində doğulan insanlar üçün də qeyri-adi hadisələr hazırlayır. Odur ki, sizin üçün hazırlanmış şansları əldən verməyin.

Qaban (Donuz)

Bu ildə dünyaya gələnlər üçün ailəsi və yaxın adamları ön plana çıxacaq. Siz yaratdığınız rahatlıq və istilikdən həzz alacaqsınız.
publika.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz