26.11.2017 Gündəlik Bürclər (26 Noyabr 2017 Günlük Bürclər)

25 Kasım 2017
5 462
0
26.11.2017 Gündəlik Bürclər (26 Noyabr 2017 Günlük Bürclər)
Qoç - Təxminən saat 14-ə qədər ümumi ovqatınızda süstlük müşahidə olunsa da, sonrakı müddət normal tərzdə cərəyan edəcək. Çıxardığınız hər bir qərarın nəticəsi barədə düşünün.

Buğa - Hər mənada uğurlu gün hesab etmək olar. Göy qübbəsi sizi müdafiə etdiyindən nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Açıq havada çox durmayın.

Əkizlər - Təzə xəbər eşidəcəyiniz gözlənilir. Hətta peşənizdən asılı olaraq yeni iş təklifləri də ala bilərsiniz. Günün ikinci yarısında xeyirxah adamlarla rastlaşma ehtimalınız var.

Xərçəng - Astroloji göstəricilərə əsaslansaq, bu təqvimi nisbətən gərgin şəraitdə başa vuracaqsınız. Neytral olmağa çalışın. Səhhətinizi qorumağınız da məsləhətdir. Bu gün uzaq səfərə çıxmaq münasib deyil.

Şir - Yeni əlaqələr yaratmaq üçün böyük şansınız var. Bu, istər işgüzar istiqamətdə, istərsə də səmimilik zəminində real proqnozdur. Odur ki, oturaq işlərə ara verib aktivlik göstərin.

Qız - Ümumi əhvalınızda gərginlik müşahidə olunsa da, ətrafınızda olan adamlar ovqatınızı az da olsa, yüksəltməyə çalışacaq. Hətta axşama doğru sevindirici xəbər də eşidə bilərsiniz.

Tərəzi - Aktiv fəaliyyətə ara verməlisiniz. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sizin üçün ən düşərli məqam işgüzar görüşlərdə iştirak etmək və ya yaxın ünvana qonaq getməkdir.

Əqrəb - Müəyyən qədər xərc çəkəcəyiniz gözlənilir. Əgər bu, xeyirxah istiqamətə yönəlibsə, bundan yalnız məmnun olmaq lazımdır. Bugünkü təqvimdə kimlərisə sevindirmək böyük savabdır.

Oxatan - Ulduzlar şəxsi taleyinizdə müəyyən dönüş yaranacağından xəbər verir. Özünüzü hazır bilsəniz, sözügedən proseslərə daha tez nail ola bilərsiniz. Məsləhətlərə ehtiyacınız var.

Oğlaq - Maddi problemlərinizin olmasına baxmayaraq, ruhdan düşməyin. Əksinə, əzmkarlığınızı daha da artırmaqla bu kimi psixoloji sarsıntıları dəf etməlisiniz. Rəhbər işçilərlə mübahisə etməyin.

Dolça - Əsas diqqətinizi ailə-sevgi münasibətlərinin tənzimlənməsinə yönəldin. Əgər bu istiqamətdə uğurlar əldə etsəniz, digər problemləriniz kölgədə qalacaq. Axşam qonaq gedin.

Balıqlar - Günün ilk yarısı əməkdaşlıq zəminində uğurlu gedişlərə nail olmaq üçün çox səmərəlidir. Aldığınız hər bir təklifi razılıqla qarşılayın. Çünki ulduzlar qarşıdakı yeni işlərə "hə" deyir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.