01.12.2017 Gündəlik Bürclər (1 Dekabr 2017 Günlük Bürclər)

30 Kasım 2017
6 858
0
01.12.2017 Gündəlik Bürclər (1 Dekabr 2017 Günlük Bürclər)
Qoç - Səhhətinizi qorumağı bacarsanız, ulduzlar sizi əməlli-başlı sevindirəcək. Saat 13-15 arası maraqlı bir təklif alacağınız gözlənilir. Çalışın ki, imtina etməyəsiniz.

Buğa - Göy qübbəsi varlanma ehtimalınızın yüksək olduğunu bəyan edir. Bu səbəbdən də ümid bağladığınız bütün istiqamətlərə baş vurun ki, kisəniz boş qalmasın. Yeni görüşlərdən yayınmayın.

Əkizlər - Nəzərə alın ki, ortalığa pulla bağlı problemləriniz çıxa bilər. Bu səbəbdən də adı çəkilən mövzuya kifayət qədər həssas yanaşmalısınız. Ciddi sövdələşmələrdə iştirakdan yayının.

Xərçəng - Ailə üzvlərinizlə, xüsusən də sevdiyiniz adamla münasibətləri qaydasına salmaq istəyirsinizsə, güzəştə gedin. Unutmayın ki, həmişə kəsə yolla getmək olmur. Axşam qonaq gedin.

Şir – Səhər saatlarında müəyyən gərginliklə üzləşmə ehtimalınız olsa da, sonrakı müddəti uğurlu keçirəcəksiniz. Yeni təkliflər alacağınız da mümkündür. Bir sözlə, sürprizlərə hazır olun.

Qız – Yeni xəbərlər yolunuzu gözləyir. Bütün astroloji göstəricilər nahardan sonra ağlınıza gətirmədiyiniz adamların sizə sürpriz vəd edəcəyini xəbər verir. Görüşləri təxirə salmayın.

Tərəzi - Mübahisəli bir təqvim yaşayacaqsınız. Təmkininizi qoruya bilməsəniz, ciddi münaqişələrə də cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ailədə emosional çıxışlara son qoyun.

Əqrəb - Hər mənada uğurlu gündür, bir şərtlə ki, əsəblərinizi cilovlaya biləsiniz. Yalnız xeyirli şeylər arzulayın ki, sizə də xeyir gəlsin. Fəaliyyətdə uğurlarınız arta bilər.

Oxatan - Sağlamlığınıza fikir verin. Ulduzların düzümü fiziki xəsarətlər alacağınızı da istisna etmir. Tanış olmayan ünvanlara getməyin. Axşama yaxın sevindirici hadisələrin şahidi olacaqsınız.

Oğlaq - Ümumi gərginliyiniz kifayət qədər səngiyəcək. Ünsiyyətdə olduğunuz insanlarla, ələlxüsus da həmkarlarınızla davranışlarda mülayim olun. Perspektivli təkliflər ala bilərsiniz.

Dolça - Yaxşı olar ki, ağır fiziki işlərə, ümumiyyətlə, fəaliyyətə ara verəsiniz. Əsas diqqətinizi istirahətə və gəzintilərə həsr edin. Gələcəyiniz üçün önəmli olan görüşlərdən yayınmayın.

Balıqlar - Gün boyu Ay bürcünüzdə olduğundan emosiyalarınızı cilovlamalısınız. Əsas enerjini biznesə həsr edin. Çünki büdcənizi artırmaq və sövdələşmələr aparmaq üçün düşərli gündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.