09.12.2017 Gündəlik Bürclər (9 Dekabr 2017 Günlük Bürclər)

08 Aralık 2017
5 431
0
09.12.2017 Gündəlik Bürclər (9 Dekabr 2017 Günlük Bürclər)
Qoç - Lovğalıq, özündənrazılıq və hər şeyə qərəzli yanaşmaq sizə başucalığı gətirən deyil. Odur ki, ətrafda olanlarla mülayim və səmimi davranmağa çalışın. Axşama yaxın sevinəcəksiniz.

Buğa - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. İstər fəaliyyətdə, istər qarşılıqlı münasibətlərdə, istərsə də məhəbbət müstəvisində işləriniz qənaətbəxş olacaq. Özünüzə inanın.

Əkizlər - Hiss olunur ki, insanlar yavaş-yavaş sizi başa düşməyə meyl edir. Deməli, daxilinizi narahat edən ideyaları açıqlamaq olar. Bu gün yalnız Tanrıya xoş gedən hərəkətlər edin.

Xərçəng - Əsas deviziniz müqəddəs Avestada göstərilən “Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl” olmalıdır. Gün ərzində Ali Həqiqətə çatmaq üçün məhz bu üç prinsipə söykənməlisiniz.

Şir - Ulduzların düzümü bu təqvimdə mübahisəli situasiyalara cəlb olunacağınıza işarə edir. Özünüzü qoruyun, çılğınlığınızı cilovlayın. Saat 16-dan sonranı isə bütünlüklə sevgiyə həsr edin.

Qız - Kifayət qədər uğurlu gündür. Planlarınızın əksəriyyəti müsbət müstəviyə yaxınlaşacaq. İşlə bağlı əsaslı dönüşə nail olmaq istəyirsinizsə, nüfuzlu şəxslərlə əlaqələri dərinləşdirin.

Tərəzi - Ulduzların düzümü gün ərzində ovqatınızın xoş olacağını bildirir. Əgər vaxt tapıb müqəddəs ziyarətgahlara baş çəksəniz, daxili sıxıntılarınız da səngiyəcək. Sevgiyə laqeyd qalmayın.

Əqrəb - İştirakçısı olduğunuz hadisələri özünüzdən yaxşı analiz edən yoxdur. Deməli, gün ərzində külli-ixtiyar öz əlinizdə olacaq. Ulduzlar əksər sahələrdə müdafiənizdə duracaq.

Oxatan - Təxminən saat 15-ə qədər gərginliklə baş-başa qalacaqsınız. Ola bilsin ki, ünsiyyətdə olduğunuz bəzi şəxslərlə mübahisələrə də cəlb olunasınız. Bu səbəbdən “qatığa ağ deməyə” çalışın.

Oğlaq - Yaxşı olar ki, bütün vaxtınızı adi işlərin həllinə yönəldəsiniz. Hər hansı risk və ya yeni iş uğursuzluqla nəticələnəcək. Pul sövdələşmələrindən isə ümumiyyətlə kənar durun.

Dolça - İşgüzar sövdələşmələr üçün ideal vaxtdır. Çalışın ki, müsahiblərinizin ədalətli rəyi ilə hesablaşasınız. Yalnız bu halda perspektivli gələcək barədə düşünməyə dəyər.

Balıqlar - Müəyyən məsələlərdə özünüzü aldatmayın. Sözlə deyil, əməllərinizlə özünüzə qarşı rəğbət oyadın. Göy qübbəsi bu gün qarşınıza yeni və xeyirxah adamlar çıxaracağını bildirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.