16.12.2017 Gündəlik Bürclər (16 Dekabr 2017 Günlük Bürclər),bürclər ,gundelik,ulduz ,fali,burcler günlük, dekabr,16 dekabr ,2017,2018 burc

16.12.2017 Gündəlik Bürclər (16 Dekabr 2017 Günlük Bürclər)

15 December 2017
3 097
0
16.12.2017 Gündəlik Bürclər (16 Dekabr 2017 Günlük Bürclər)
Qoç - Daimi ünsiyyətdə olduğunuz şəxslərlə mülayim davranın. Əgər saat 14-ə qədər təmkin göstərsəniz, narahatçılıq olmayacaq. Axşama doğru ürəkaçan hadisələrin iştirakçısına çevriləcəksiniz.

Buğa - Özünüzü gərginliyə atmayın. Səmərəsiz danışıqlarda, sıxıntılı görüşlərdə iştirak etməkdən çəkinin. Əgər maraqlı heç nə olmasa, yaxın adamlarınıza baş çəkib süfrə başında "dərdləşin".

Əkizlər - Nahara qədər ailə üzvlərinizlə, eləcə də qonum-qonşularla mübahisə etməkdən çəkinin. Hər sözə əhəmiyyət verməyin. Daha çox ürəyinizə qulaq asın. Sonrakı saatlarda sevinəcəksiniz.

Xərçəng – Qarşınızda duran bu təqvim sizin üçün xüsusi əhəmiyyət kəsb edəcək. Ulduzların düzümü uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağı tövsiyə edir. Qərarlarınızda məsuliyyətli olun.

Şir - Ulduzlar əsəblərinizin sakitləşməsindən fərəh duyur. Əgər təmkininizi beləcə tənzimləsəniz, heç bir qanqaraçılıq olmayacaq. Gün ərzində maraqlı adamlarla görüşləriniz də gözlənilir.

Qız - Evdə tək-tənha oturmaqdansa ürəyinizə yaxın insanların arasında olun. Bu gün sizə çoxsaylı fikir mübadiləsi aparmaq səmərə verəcək. Riskli işlərdən uzaq olun.

Tərəzi – Bu gün xeyli aktiv məqamlar yaşayacaqsınız. Hətta şəxsi büdcənizdə müəyyən irəliləyişlər də mümkündür. Axşama yaxınsa sevindirici hadisələrin şahidi olacaqsınız.

Əqrəb - Həddindən ziyadə düşərli təqvimdir. Təxminən saat 12-dən 17-yə qədər rastlaşdığınız hər bir hadisə ürəyinizcə olacaq. Təzə xəbər və ya təkliflər də ala bilərsiniz. Qətiyyətli olun.

Oxatan - Sevgi münasibətlərində mövcud olan soyuqluğu aradan qaldırın. İmkan verməyin ki, davranışlarınız dedi-qodu səviyyəsində formalaşsın. Təcrübəli adamlarla məsləhətləşməyə çalışın.

Oğlaq - Maraqlı hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, çoxdan bəri əlaqə saxlaya bilmədiyiniz adamlarla rastlaşasınız. Günün ikinci yarısında ziyarətgahlara getmək sizi yüngülləşdirəcək.

Dolça - Kifayət qədər düşərli vaxtdır. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Amma kiməsə yalan vəd verməyə çalışmayın. Qonaq getmək sizə rahatlıq gətirə bilər.

Balıqlar - Nəzərdə tutduğunuz işləri icra etməkdən çəkinməyin. Çalışın ki, təşəbbüskarlığı əldən verməyəsiniz. Qarşıdakı yarım ayda görəcəyiniz işləri indidən götür-qoy etsəniz, sizin üçün daha əlverişli olar.
Mp3 indir
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz