18.12.2017 Gündəlik Bürclər (18 Dekabr 2017 Günlük Bürclər)

17 Aralık 2017
5 408
0
18.12.2017 Gündəlik Bürclər (18 Dekabr 2017 Günlük Bürclər)
Qoç - Gün ərzində mənfi enerjili Ay bürcünüzdə qərar tutduğundan ilk növbədə səhhətinizi qorumalısınız. Qlobal işlərin həllini, eləcə də səfərlər planını isə mümkün qədər təxirə salın.

Buğa - Qarşınızda duran vəzifələrin çoxluğu sizi yoracaq. Lakin nəticənin uğurlu olacağını nəzərə alıb passivləşməməlisiniz. Axşam məxfi görüşlər keçirmək sizə böyük səmərə verə bilər.

Əkizlər - Səhər saatlarından başlayaraq qarşılıqlı münasibətlər zəminində, həmçinin işgüzar sövdələşmələrdə vəziyyət ürəyinizcə olacaq. Günün ikinci yarısında yeni təkliflər də gözlənilir.

Xərçəng - Enerjinizin azaldığı bir vaxtda özünüzü ələ almağa çalışın. Fikirlərinizi başa düşən adamlar arayın. Nahar ərəfəsində şəxsi büdcənizi artırmaq ehtimalınız yaranacaq.

Şir – Olduqca əhəmiyyətli gündür. Hansısa böyük bir işinizi həyata keçirməkdə şans qazanacaqsınız. Bununla yanaşı perspektivli görüş və maddi gəliriniz də mümkündür.

Qız - Saat 11-13 arası əsəblərinizi cilovlaya bilsəniz, günün qalan müddətində ovqatınız xoş olacaq. Boş dayanmayın. Mühüm adamlara baş çəkin ki, ulduzlar sizə sevinc bəxş etsin. Pul da gözlənilir.

Tərəzi – Əbəs yerə risk etməyin. Çalışın ki, ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qoruyasınız. Təxminən saat 15-dən sonra işgüzarlığınızı artırın ki, uğurlarınız çoxalsın.

Əqrəb - Ulduzların düzümü maraqlı bir təqvim yaşayacağınızdan xəbər verir. Üzləşdiyiniz adamların əksəriyyəti ovqatınızı yüksəldəcək. Sövdələşmələr üçün də səmərəli vaxtdır. Bu fürsətdən yararlanın.

Oxatan – Astroloji göstəricilər işlərinizin rəvan gedəcəyinə işarə edir. Hətta cəhd etdiyiniz təqdirdə maddi durumunuz da yaxşılaşa bilər. Nahardan sonra səfərə çıxmaq fikrinizi reallaşdırın.

Oğlaq - Yeni işgüzar əlaqələrə start vermək üçün Göy qübbəsi tərəfinizdə duracaq. Odur ki, bütün səylərinizi birləşdirməlisiniz. Günün ikinci yarısında şanslı məqamlar yaşayacaqsınız.

Dolça - Böyük dəyişikliklər astanasındasınız. Qətiyyən tərəddüd etməyin. Nə qədər cəsarətli olsanız, işləriniz də bir o qədər uğurlu olacaq. Nahardan sonra qonaq getməyə dəyər.

Balıqlar – Yalnız münasibətlər zəminində uğurlarınız olacaq. Fəaliyyət və ya şəxsi işlər üçünsə sərfəli vaxt deyil. İnsanlara qarşı unutqanlığınızı dəf edin. Daha çox istirahət edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.