20.12.2017 Gündəlik Bürclər (20 Dekabr 2017 Günlük Bürclər)

19 Aralık 2017
5 799
0
20.12.2017 Gündəlik Bürclər (20 Dekabr 2017 Günlük Bürclər)
Qoç - Bu təravətli günü qeyri-işgüzar görüşlərə həsr etməyiniz məsləhətdir. Soyuq münasibətdə olduğunuz yaxınlarınızla davranışlarınızı mülayimləşdirməyə çalışın. Uzaq yola çıxmayın.

Buğa - Bu təqvimi romantik bir günə çevirmək öz əlinizdədir. Çünki əyləncələrə və səfərə də gedə, əməli fəaliyyətlə də məşğul ola bilərsiniz. Qısası, bu gün hər şey özünüzdən asılı olacaq.

Əkizlər - Ailə-sevgi münasibətlərində qarşınıza problemlər çıxa bilər. Amma belə anlaşılmazlıqları dəf etmək üçün təmkin göstərməyiniz kifayətdir. Günün ikinci yarısını istirahətə həsr edin.

Xərçəng - Özünüzə daha çox etibar edin. Çünki ətrafınızda olanlar iştirakçısı olduğunuz situasiyaları sizin qədər təhlil edə bilmir. Ay bürcünüzdə olduğundan pul sövdələşmələrindən uzaq olun.

Şir - O qədər də uğurlu vaxt deyil. Öhdəliklərinizin reallaşması istiqamətində yorulacağınız gözlənilir. Bir sözlə, bu təqvimdə yalnız aktiv fəaliyyətlə məşğul olmalısınız. Qidanıza fikir verin.

Qız - Yüksək əhval-ruhiyyədən uzaq olmayın. İş haqqında nə qədər düşünmək olar? Ruhdan düşməyə də lüzum yoxdur. Çünki qarşıda sizi uğurlu məqamlar gözləyir. Uzaq səfərə çıxmayın.

Tərəzi - Ulduzların düzümü bu təqvimin sizə düşəcəyindən, o cümlədən perspektivli görüşlərdə iştirakınızdan xəbər verir. Bu səbəbdən də boş dayanmağa dəyməz. Axşama yaxın sürprizlə qarşılaşacaqsınız.

Əqrəb – Maliyyə problemlərinə görə sıxıntı çəkməyin. Ən azı ona görə ki, bu gündən etibarən şəxsi büdcənizdə kifayət qədər artım olacaq. Özünüzə qapılmaqdansa, əzmkarlığınızı artırın.

Oxatan - Daxili tərəddüdlərinizi dəf etmək üçün mütləq ətrafınızda təcrübəli adamlar olmalıdır. Saat 15-ə qədər uğurlu məqamlar yaşasanız da, sonrakı ərəfədə mübahisələr mümkündür.

Oğlaq - Ümumi sıxıntılarınız olsa da bu, yalnız nahara qədər davam edəcək. Sonrakı müddətdə bəzi planları həyata keçirə biləcəksiniz. Axşama yaxın vacib şəxslərlə görüşəcəyiniz mümkündür.

Dolça - İlin sonuna qədər görəcəyiniz işləri indidən götür-qoy edin. Ulduzlar səfərə çıxmağınızı labüd saymır. Amma nahardan sonra xoş təsadüflə rastlaşacaqsınız. Kiminsə əleyhinə danışmayın.

Balıqlar - Belə bir gündə evdə oturmağa lüzum yoxdur. Əksinə, aktivliyinizi artırmalısınız. Ulduzlar bəyan edir ki, bəxtinizdə dekabr ayının ən uğurlu təqvimlərindən biri durub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.