24.12.2017 Gündəlik Bürclər (24 Dekabr 2017 Günlük Bürclər)

23 Aralık 2017
4 548
0
24.12.2017 Gündəlik Bürclər (24 Dekabr 2017 Günlük Bürclər)
Qoç – Sağlamlığınıza diqqət yetirsəniz, ixtiyarınızda olan bu təqvimdə bütün proseslər qənaətbəxş olacaq. Hətta nahardan sonra hansısa sevindirici hadisənin şahidi olacağınız da mümkündür.

Buğa - Buraxdığınız hansısa səhvə görə, daxili sıxıntılarınızın artdığı güman olunur. Bu səbəbdən də özünüzü ələ almaqda çətinlik çəkirsiniz. Axşama yaxın vəziyyətiniz tənzimlənəcək.

Əkizlər - Planetiniz olan Saturnun aktivləşməsi fəaliyyət prinsipində, eləcə də qarşılıqlı münasibətlərdə proseslərin xeyrinizə dəyişməsinə səbəb olacaq. Qərar qəbul edərkən özünüzə güvənin.

Xərçəng - Ailə-sevgi münasibətlərində azacıq gərginlik gözlənilir. Bunu aradan qaldırmaq üçün kənar müdaxilələrə baş qoşmamalı, dedi-qodudan uzaq olmalısınız. Daha səmimi görünün.

Şir - Bir qədər əsəbi ərəfədir. Az qala ətrafınızda olan hər bir predmet və ya məxluq əsəbinizi tarıma çəkir. Özünüzə toxtaqlıq verin. Başınızı daha çox işlə qarışdırmağa çalışın.

Qız - Dekabrın üçüncü dekadasının ən uğurlu gününü yaşayacaqsınız. Yeni təkliflər alacağınız, təzə xəbər eşidəcəyiniz labüddür. Bu gün hətta bir həftənin işini də görə bilərsiniz.

Tərəzi - İşgüzar sövdələşmələrdə iştirak üçün böyük şansınız var. Bu istiqamətdə qarşınıza qoyduğunuz məqsədlərin əksəriyyətini reallaşdıra biləcəksiniz. Həmkarlarınızla ehtiyatlı davranın.

Əqrəb - O qədər də səmərəli vaxt deyil. Ciddi iş görmək, uzaq səfərə çıxmaq, risk etmək sizə zərər yetirə bilər. Amma bu gün ürəyinizə yaxın adamlarla bir yerdə olmağınız vacibdir.

Oxatan – Pulla bağlı problemlərinizi bu gün yoluna qoya bilməsəniz, müəyyən çətinliklərlə baş-başa qala bilərsiniz. Bu istiqamətdə aktivliyinizi artırmağa səy göstərin. Saat 17-19 arası uğurludur.

Oğlaq - Mənfi enerjili Ayın bürcünüzdə olması gününüzü bir qədər passiv edə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq böyüməsin deyə, maksimum təmkin nümayiş etdirin. Çox pul xərcləməyin.

Dolça - Sürprizlərlə dolu bir vaxtdır. Hər dəqiqənin qədrini bilin. Mövcud situasiyaları dəyərləndirməyi bacarsanız, inanın ki, bütün proseslər səmərəli olacaq. Təzə xəbər də eşidəcəksiniz.

Balıqlar - İxtiyarınızda olan bu təqvimdə yeni işlərə başlamağa dəyər. Bu yönümdə ulduzlar da sizə təkan verəcək. Boş durmaq, ümidsizliyə qapılmaq olmaz. Ətrafınıza yaxşı adamlar toplaşmaqdadır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.