26.12.2017 Gündəlik Bürclər (26 Dekabr 2017 Günlük Bürclər)

25 Aralık 2017
4 969
0
26.12.2017 Gündəlik Bürclər (26 Dekabr 2017 Günlük Bürclər)
Qoç - Göy qübbəsi varlanma ehtimalınızın yüksək olduğunu bəyan edir. Bu səbəbdən də ümid bağladığınız bütün istiqamətlərə baş vurun ki, kisəniz boş qalmasın. Yeni görüşlərdən yayınmayın.

Buğa - Səhhətinizi qorumağı bacarsanız, ulduzlar sizi əməlli-başlı sevindirəcək. Saat 13-15 arası maraqlı bir təklif alacağınız gözlənilir. Çalışın ki, imtina etməyəsiniz.

Əkizlər - Ailə üzvlərinizlə, xüsusən də sevdiyiniz adamla münasibətləri qaydasına salmaq istəyirsinizsə, güzəştə gedin. Unutmayın ki, həmişə kəsə yolla getmək olmur. Axşamsa qonaq gedin.

Xərçəng - Hər ehtimala qarşı emosiyalarınızı cilovlamalısınız. Əsas enerjini biznesə həsr edin. Çünki büdcənizi artırmaq və sövdələşmələr aparmaq üçün olduqca düşərli gündür.

Şir - Yaxşı olar ki, ağır fiziki işlərə, ümumiyyətlə, fəaliyyətə ara verəsiniz. Əsas diqqətinizi istirahətə və gəzintilərə həsr edin. Xəstə qohumlarınıza mütləq baş çəkin. Axşama doğru nəqliyyatda diqqətli olun.

Qız - Sağlamlığınıza fikir verin. Ulduzların düzümü fiziki xəsarətlər alacağınızı da istisna etmir. Tanış olmayan ünvanlara getməyin. Axşama yaxın sevindirici hadisələrin şahidi olacaqsınız.

Tərəzi - Mübahisəli bir təqvim yaşayacaqsınız. Təmkininizi qoruya bilməsəniz, ciddi münaqişələrə də cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ailədə emosional çıxışlara son qoyun.

Əqrəb - Səhər saatlarında müəyyən gərginliklə üzləşmə ehtimalınız olsa da, sonrakı müddəti uğurlu keçirəcəksiniz. Yeni təkliflər alacağınız da mümkündür. Bir sözlə, sürprizlərə hazır olun.

Oxatan - Ümumi gərginliyiniz kifayət qədər səngiyəcək. Ünsiyyətdə olduğunuz insanlarla, ələlxüsus da həmkarlarınızla davranışlarda mülayim olun. Perspektivli təkliflər ala bilərsiniz.

Oğlaq - Yeni xəbərlər yolunuzu gözləyir. Bütün astroloji göstəricilər nahardan sonra ağlınıza gətirmədiyiniz adamların sizə sürpriz vəd edəcəyini xəbər verir. Görüşləri təxirə salmayın.

Dolça - Nəzərə alın ki, ortalığa pulla bağlı problemləriniz çıxa bilər. Bu səbəbdən də adı çəkilən mövzuya kifayət qədər həssas yanaşmalısınız. Ciddi sövdələşmələrdə iştirakdan yayının.

Balıqlar - Hər mənada uğurlu gündür, bir şərtlə ki, əsəblərinizi cilovlaya biləsiniz. Yalnız xeyirli şeylər arzulayın ki, sizə də xeyir gəlsin. Fəaliyyətdə uğurlarınız arta bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.