07.01.2018 Gündəlik Bürclər (7 Yanvar 2018 Günlük Bürclər)

06 Ocak 2018
5 311
0
07.01.2018 Gündəlik Bürclər (7 Yanvar 2018 Günlük Bürclər)
Qoç - Yeni ideyalarınızı reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Günün ikinci yarısını sövdələşmələrə həsr edin.

Buğa - Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.

Əkizlər - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra işləriniz qaydasında gedəcək.

Xərçəng - İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Çünki ixtiyarınızda olan bu tarix deyilən məsələlər üçün önəmli deyil. Amma səfər və səyahətlər üçün uğurlu vaxtdır.

Şir - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin və imkan daxilində müqəddəs ziyarətgahlarımızdan birinə üz tutun.

Qız - Əsas diqqətinizi fəaliyyət istiqamətinə yönəldin. Qarşılıqlı münasibətlərdə, alış-veriş məsələlərində isə hansısa müvəffəqiyyət gözlənilmir. Axşam bütün risklərdən uzaq olun.

Tərəzi - Əvvəlki günlərdən fərqli olaraq bu ərəfədə rahatlıq əldə edəcəksiniz. Hər hansı konfliktlə üzləşmə ehtimalınız da yoxdur. Sağlamlıqla bağlı sıxıntılarınız kifayət qədər səngiyəcək.

Əqrəb - Perspektivlərinizi reallaşdırmaqda tənbəllik edirsiniz, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Sonra başqalarında günah görməmək üçün münasib addım atın.

Oxatan - İxtiyarınıza elə bir gün verilib ki, yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilə və məsləhətlər önəmli deyil. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.

Oğlaq - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Onu da nəzərə alın ki, bu təqvim qazanc üçün çox səmərəlidir.

Dolça - Ay bürcünüzdə olduğundan yersiz risk etməyin. Əgər haqlısınızsa, bunu gec-tez hamı biləcək. Saat 17-dən sonra şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Təşəbbüskar özünüz olun.

Balıqlar - Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Saat 14-dən sonra şəxsi büdcənizi artırmağa şanslı olacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.