09.01.2018 Gündəlik Bürclər (9 Yanvar 2018 Günlük Bürclər),bürclər ,gundelik,ulduz ,fali,burcler günlük, dekabr,9 yanvar ,2018 burc

09.01.2018 Gündəlik Bürclər (9 Yanvar 2018 Günlük Bürclər)

08 January 2018
3 947
0
09.01.2018 Gündəlik Bürclər (9 Yanvar 2018 Günlük Bürclər)
Qoç - Səhər saat 03:57-dən mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün yeni, riskli və ağlınız kəsməyən işlərdən imtina etməlisiniz. Əgər dinimizə riayət etsəniz, uğurlarınız yaxınlaşacaq.

Buğa - Yalnız istirahətə aludə olun. Hər hansı fəaliyyət və ya riskli sövdələşmə zərərinizə ola bilər. Özünüzü hər hansı münaqişələrdən qoruyun. Nahardan sonra qonaq getməyə dəyər.

Əkizlər - Maraqlı bir gün yaşayacaqsınız. Ətrafınızda olan hər şey ürəyinizcə olacaq. Ulduzlar günün ikinci yarısını gəzinti və əylənəcələrə, qonaqlıqlara həsr etməyinizi tövsiyə edir.

Xərçəng – Göy qübbəsi bu təqvimdə bütün külli-ixtiyarı öz əlinizə verəcək. Deməli, proseslərin inkişafı çıxardığınız qərarlardan asılı olacaq. Ədalətli addımlar atın, Tanrı hökmünü unutmayın!

Şir - Yeni əlaqələrə başlamaq üçün şanslı ərəfədir. Çalışın ki, təşəbbüskarlığı əldən verməyəsiniz. Nahardan sonra aldığınız bütün təkliflərə razılıq verin. Riskdən qorxmayın.

Qız - Sağlamlığınıza zidd işlər görməyiniz ümumi əhvalınızda passivlik yarada bilər. Odur ki, səhhətinizə qarşı diqqətli olun. Yeni planlarınızı bir daha götür-qoy edin. Sədəqə verməkdən çəkinməyin.

Tərəzi - Fəaliyyət zəminində böyük uğurlara gedən yolu tapacaqsınız. Buna görə də hər şeyi dəfələrlə ölçüb-biçin. Asudə vaxtlarınızı isə xilas mənbəyiniz olan məhəbbətə həsr edin.

Əqrəb - Kifayət qədər uğurlu gündür. Nəzərdə tutduğunuz bütün ədalətli planların reallaşacağı gözlənilir. Qonaq getmək ehtimalınız da var. Amma gərək gecəni öz evinizdə keçirəsiniz.

Oxatan - Günün ilk yarısında mümkün qədər ehtiyatlı olun. Çünki sizə qarşı təxribat hazırlandığı güman olunur. Nahardan sonrakı ərəfəni isə bütünlüklə ailə-sevgi məsələlərinə həsr edin.

Oğlaq - Yeni simalarla, xoş təsadüflərlə rastlaşma ehtimalınız böyükdür. Hətta bir neçə sürpriz də mümkündür. Saat 19-dan sonra bütün təkliflərdən imtina edin, hətta xeyirli görünsə də.

Dolça - Şəxsi işlərinizdə əsaslı dönüşə başlamaq istəyirsinizsə, bu təqvimdən yararlanın. Təcrübəli adamların məsləhətindən nəticə çıxarın. Həmkarlarınızla səmimi davranın. Sürprizlər gözlənilir.

Balıqlar - Təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, səfərə də çıxasınız. Ümumiyyətlə, bu gün uzaqda yaşayan doğmalarınızla mütləq əlaqə saxlamalısınız. Ədalət prinsiplərindən çıxmayın.
Mp3 indir
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz