20.01.2018 Gündəlik Bürclər (20 Yanvar 2018 Günlük Bürclər)

19 Ocak 2018
5 721
0
20.01.2018 Gündəlik Bürclər (20 Yanvar 2018 Günlük Bürclər)
Qoç - Həssas və çılğın olmağınızdan istifadə edən bəzi bədxahlar sizə tələ qura bilər. Bu səbəbdən də özünüzü dağ kimi təmkinli aparın. Əmin olun ki, bunun bəhrəsini görəcəksiniz.

Buğa - Nahara qədər qeyri-adi hansısa hadisə gözləməkdənsə, darıxdığınız adamlarla görüşməyə cəhd edin. Pul və işlə bağlı planlarınızı isə günortadan sonraya saxlayın.

Əkizlər - Pul kisəsinin qənaətbəxş olmaması ləyaqət və mənliyinizə kölgə salmamalıdır. Çünki həyatın enişi-yoxuşu həmişə olur. Odur ki, iman işığına söykənib mərhəmətli olun.

Xəçrəng - Artıq bu gündən öz bürcünüz "hakimiyyətə” gəlib. Bu isə hamıdan enerjili və şanslı olacağınıza stimul verəcək. Konkret olaraq bu gün əlaqələrə və qazanca diqqət ayırmalısınız.

Şir - Ətrafınızda cərəyan edən proseslər nə qədər əleyhinizə işləsə də, dözümlü olmalısınız. Əks təqdirdə uğurlardan uzaq düşəcəksiniz. Mənzil şəraitində daha çox olun.

Qız - Sizə mənəvi dəstək verə biləcək insanlarla rastlaşma ehtimalınız var. Çalışın ki, bu görüşlər boşuna getməsin. Daxili narahatlığınızı dəf etmək üçün bunun böyük səmərəsi ola bilər.

Tərəzi - İş günü olmasa da ulduzlar bütün diqqəti fəaliyyətə ayırmağı tövsiyə edir. Əgər bunu bacarsanız, yanvarın son ongünlüyündə ciddi problemlərlə rastlaşmayacaqsınız.

Əqrəb - Həyat təcrübəsi zəif olan adamlardan uzaq olun. İndiki məqamda belə hallar sizə yalnız zərər yetirə bilər. Amma bilik və təcrübəsi bol olan şəxslərdən bərk-bərk yapışın.

Oxatan - Əgər səhhətiniz imkan versə, müqəddəs yerləri ziyarət etməklə hazırkı enerji azlığınızı aradan qaldıra bilərsiniz. Maraqlı insanlarla rastlaşma ehtimalınız da var.

Oğlaq - İştirakçısı olduğunuz proseslər olduqca ciddi bir mərhələyə yetişib. Belə məqamlarda ehtiyatlı və tədbirli davranmalısınız ki, gözdən düşməyəsiniz. Uzaq yola çıxmaq da olar.

Dolça - Ətrafınızı bürüyən bədxah insanlar sizi imansız yola təhrik edə bilərlər. Özünüzü təsirdən qoruyun. Hansısa dedi-qodu və ya şər neçə illik xoş münasibətlərə kölgə salmamalıdır.

Balıqlar - Mistik düşüncələrə qapılmaqdansa, Tanrını başınız üstündə hiss edib düzgün qərarlar verin. Yalnız bu halda irəliləyişlər mümkündür. Qarşınızda müəyyən yeniliklər də durur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.