28.01.2018 Gündəlik Bürclər (28 Yanvar 2018 Günlük Bürclər)

27 Ocak 2018
5 168
0
28.01.2018 Gündəlik Bürclər (28 Yanvar 2018 Günlük Bürclər)
Qoç - Daxili sabitliyinizi qorumaq istəyirsinizsə, keçmişdə olanları müzakirə etməyin. Onsuz da olmuşları düzəltmək mümkünsüzdür. Özünüzü sevgiyə həsr edin ki, xilas olasınız.

Buğa - Mübahisəli gün olsa da, Göy qübbəsi maliyyə durumunuzda irəliləyiş olacağını bildirir. Bir şərtlə ki, kisənizdən etibarsız insanlara borc verməyəsiniz. Yoxsa müflisləşəcəksiniz.

Əkizlər - Görüşə çıxmaq, yeni işlərə başlamaq, sövdələşmələrdə iştirak etmək üçün səmərəli vaxtdır. Çalışın ki, ürəyinizin səsinə qulaq asasınız. Ağır fiziki işlərdən uzaq olmağa cəhd edin.

Xərçəng - Günün birinci yarısında müəyyən gərginliklə baş-başa qala bilərsiniz. Odur ki, həmin ərəfədə bütün vacib planlarınızı təxirə salmalısınız. Fəaliyyətdə öz məsuliyyətinizi anlayın.

Şir - Kifayət qədər məhsuldar gündür. Kiminsə işlərinizə mane olacağını ağlınıza gətirməyin. Əksinə, nəzərdə tutduğunuz planların böyük əksəriyyəti öz həllinə yaxınlaşacaq.

Qız - Planetiniz olan Uran narahat kosmik bucağa düşdüyündən fəaliyyətinizin səmərə verməyəcəyini bəyan edir. Odur ki, daha çox istirahətə yer ayırmalı, xəstəliyə təslim olmamalısınız.

Tərəzi - Ulduzların düzümü səhhətinizdə problemlər olacağını bəyan edir. Bunun qarşısını almaq üçün ilk növbədə əsəblərinizi qorumalısınız. Nahardan sonra büdcənizdə artım gözlənilir.

Əqrəb - Günün birinci yarısında bütün işlərinizi yekunlaşdırmağa çalışın. Çünki sonrakı müddətdə buna imkan tapmayacaqsınız. Ulduzlar nahardan sonra maraqlı görüşlərdən xəbər verir.

Oxatan - Nəhayət ki, ulduzlar bürcünüzə maliyyə səxavəti göstərməyə yaxın olacaq. Saat 13-16 arası bu istiqamətdə daha əlverişli şanslar qazana bilərsiniz. Qərarlarınızda qəti olun.

Oğlaq - Yaxşı olar ki, fəaliyyətə ara verib daha çox istirahətlə məşğul olasınız. Bunu etməsəniz, ümumi yorğunluğunuz və daxili süstlüyünüz səngiməyəcək. Səfərə çıxmayın.

Dolça - Düşərli bir gün yaşayacaqsınız. Özünüzü nikbin səviyyədə kökləyin. Çalışın ki, ətrafda hər şeyin gözəl olduğunu duyasınız. Bu gündən etibarən taleyinizdə dönüş yaranmalıdır.

Balıqlar - Məhəbbət aləmində romantik məqamlar yaşamaq istəyirsinizsə, bu təqvimdən maksimum yararlanın. Əmin olun ki, cəhdləriniz boşa çıxmayacaq. Riskli sövdələşmələrdən yayının.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.