29.01.2018 Gündəlik Bürclər (29 Yanvar 2018 Günlük Bürclər)

28 Ocak 2018
6 390
0
29.01.2018 Gündəlik Bürclər (29 Yanvar 2018 Günlük Bürclər)
Qoç - Saat 12-dən etibarən fəaliyyətinizdə nəzərə çarpan passivlik səngiyəcək. Şəxsi büdcənizdə, insanlarla münasibətlərinizdə, eləcə də ovqatınızda xoş duyğular olacaq.

Buğa - Rastlaşdığınız bəzi xoşagəlməzliklər saat 14-dən sonra aradan qalxacaq. Fəaliyyətinizə ədalətli yanaşsanız, həmkarlarınızın hörmətini qazana bilərsiniz. Uzaq yola çıxmağa dəyər.

Əkizlər - Hansısa ciddi narahatçılığınıza ehtiyac yoxdur. Amma yeni işlərə başlamaq haqqında fikirləşməyin. Nahardan sonra maraqlı adamlarla görüş və sövdələşmələriniz olacaq ki, bu da xeyrinizədir.

Xərçəng - Nəyəsə nail olmaq istəyirsinizsə, boş durmamalı, bütün imkanlarınızdan istifadə etməlisiniz. Hansısa mübahisə sizə zərər yetirə bilər. Sevgi amilinə daha mərhəmətlə yanaşın.

Şir - Gücünüz çatmayan işlərin qulpundan yapışmayın. Daha çox istirahət edin. Əgər vaxtınız olsa, nahar ərəfəsində mütləq müqəddəs ocaqlara baş çəkin. Kənar təsirlərdən qorunun.

Qız – Bu gün ilk əvvəl səhhətinizlə bağlı problemləri həll etməyə çalışın. Qan-damar sisteminə vaxtında əncam çəkin. Bu məsləhətlərimizə riayət etsəniz, fəaliyyətinizdə müsbət sıçrayışlar olacaq.

Tərəzi - Astroloji göstəricilər bu arada daha çox səhhətinizə fikir verməyinizi məsləhət görür. Ələlxüsus da əsəblərinizi sakitləşdirmək üçün bütün gücünüzü səfərbər etməli, sakit guşəyə çəkilməlisiniz.

Əqrəb - Risk tələb edən işlərdən uzaqlaşın. Sizə aidiyyəti olmayan proseslərə müdaxilə etməyin. Bu arada zehni fəaliyyətə ara verin. Şəxsi büdcənizdə problem olmayacaq.

Oxatan - Bu gün daha çox təmkin göstərməklə müvəffəqiyyət əldə edə bilərsiniz. Qarşınızda duran vəzifələrin həlli üçün bütün mümkün variantlardan bəhrələnməyə çalışın. Bədxah adamlardan qaçın.

Oğlaq - İlk növbədə üzərinizə düşən vəzifələrin mahiyyətini anlamalısınız ki, nüfuzunuz itməsin. Bu gün kənardan dəstək də ala bilərsiniz. Pulla bağlı sövdələşmələrinizi isə növbəti aya saxlamağınız məsləhətdir.

Dolça - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunacaq. Lakin bundan təəssüflənməyin. Çünki bu amil ciddi fəsad yaratmayacaq. Bu gün həmkarlarınızla mülayim davranın.

Balıqlar - Bütün diqqətinizi fəaliyyətə yönəldin. Lazımi adamların tövsiyələrinə qulaq asmaqla qarşınızı kəsən çətinlikləri dəf edin. Bu gün maliyyə sıxıntılarınız səngiməyə başlayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.