05.02.2018 Gündəlik Bürclər (5 Fevral 2018 Günlük Bürclər)

04 Şubat 2018
5 933
0
05.02.2018 Gündəlik Bürclər (5 Fevral 2018 Günlük Bürclər)
Qoç – Əgər uzaq səfərə çıxmaq fikriniz varsa, bu tarixdən yaxşı gün tapa bilməyəcəksiniz. Nəsil karmasını inkişaf etdirmək, keçmişinizdə rol oynayan insanlarla təmas gərginliyinizi xeyli səngidə bilər.

Buğa – Cari işlərinizlə məşğul olmağınız yetər ki, günün ümumi mənzərəsindən razı qalasınız. Deməli, hər hansı yeni işlərə başlamaq və ya riskli sövdələşmələr aparmaq üçün münasib vaxt deyil.

Əkizlər – Qayda-qanuna riayət edin. Gizli alış-veriş, həmkar və şəriklərə yalan satmaq ağır nəticələrə səbəb ola bilər. Bu gün ağlınız kəsməyən işlərə pul qoymaq, xüsusən də kiməsə borc vermək də olmaz.

Xərçəng – Bu gözəl gündə ulduzlar perspektivli təkliflər alacağınızı bildirir. Amma belə bir gündə doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına da imkan verməyin. Pul da gözlənilir.

Şir – Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qorumaqdan ibarət olmalıdır. Perspektivlərinizə daha tez yetişməyiniz üçün bunun böyük əhəmiyyəti ola bilər. Qidanıza fikir verin.

Qız – Qarşınızda normal bir gün durur. İştirakçısı olduğunuz proseslər daha çox çıxardığınız qərarlardan asılı olacaq. Hansısa məsələdə tərəddüdünüz olarsa, etibarlı və təcrübəli insanlarla məsləhətləşin.

Tərəzi – Hər təsadüfi adama etibar etməyin. Əks təqdirdə planlarınızın inkişafını ləngidəcəklər. Daşınmaz əmlak alqı-satqısında gözüaçıq olun. Təzə əyin-baş almaq üçün çox uğurlu vaxtdır.

Əqrəb – Bu gün imkan daxilində uzaq səfərləri təxirə salın. Çünki yaşadığınız məkanda perspektivləriniz daha böyükdür. Bütün hallarda doğru danışın, səhv və günahlarınızı etiraf etməyi bacarın.

Oxatan – İştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək, səmərəli səfərlər, maliyyə uğurları da yolunuzu gözləyir. Yuxu və qida rejiminizi də diqqətdə saxlayın. Bədbin düşünməyin.

Oğlaq – Bu təqvimdə lazımsız yerlərə xərc çəkməyi dayandırın. Hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Saat 17-dən sonra maraqlı sürprizlərin şahidi olacaqsınız. Sirlərinizi heç kimə deməyin.

Dolça – Əsas vaxtınızı istirahətə yönəltsəniz, daha yaxşı olar. Çünki bu təqvimdə aktivlik enerjiniz aşağı olduğundan hər hansı cəhdinizin anındaca həll olunması ağlabatan görünmür. Qohum-əqrabaya baş çəkin.

Balıqlar – Yeni işlərə başlamaqda çətinlik çəksəniz, məsləhətləşməkdən çəkinməyin. Onu da bilin ki, bu gün saat 11-14 arası istənilən riskiniz müvəfəqqiyyətlə nəticələnəcək. Şəxsi büdcənizdə artım da gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.