11.02.2018 Gündəlik Bürclər (11 Fevral 2018 Günlük Bürclər),bürclər ,gundelik,ulduz ,fali,burcler günlük, fevral,11 fevral ,2018 burc

11.02.2018 Gündəlik Bürclər (11 Fevral 2018 Günlük Bürclər)

10 February 2018
3 292
0
11.02.2018 Gündəlik Bürclər (11 Fevral 2018 Günlük Bürclər)
Qoç – Qarşınızda xoş bir gün durur. Məqsədlərinizə çatmaqda çətinliyiniz olmayacaq. Amma uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin, ələlxüsus da əgər onlardan xəstə olanı varsa.

Buğa – Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə qayıtmayın. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Yalnız böyük ideyalarınız barədə düşünün.

Əkizlər – Ulduzlar təvəqqe edir ki, bu gün heç kimə yalan vədlər verməyəsiniz. Çünki xırda yanlışlıq sonrakı günlərdə sizə zərər yetirə bilər. Qarşılıqlı ünsiyyət zamanı eqoistlik etməyin. Hamıya dəyər verin.

Xərçəng – Fevralın sonrakı mərhələsi üçün görəcəyiniz işləri indidən götür-qoy edin. Ən azından gün ərzində zəkanız iti olacaq, başınıza səmərəli ideyalar gələcək. Müqəddəs çağırışlara riayət edin.

Şir – Aqressiv düşüncələri heç olmasa bu günlük arxa plana atın. Göy qübbəsi nicatınızın mərhəmətli və mülayimlikdən asılı olduğunu bildirir. Saat 17-dən sonra bütün təkliflərə “hə” deyin.

Qız – Gücünüzü lazımsız sahələrə sərf etməyin. Məhz bu səbəbdən vacib işləriniz öz həllinə gecikir. Yaxşı olar ki, saat 11-dən etibarən özünüzdə təpər tapıb hərəkətə keçəsiniz. Vaxt itirməyin.

Tərəzi – Bu gün heç bir təhlükə yoxdur. Göy qübbəsi aldığınız bütün təkliflərə razılıq verməyinizi təvəqqe edir. Yalnız axşam saatlarında xırda mübahisələriniz mümkündür. Yəqin ki, təmkinli olacaqsınız.

Əqrəb – Hiss olunur ki, bu həftə çox yorulmusunuz. Ona görə də bugünkü fəaliyyətinizi başa çatdıran kimi istirahət haqqında düşünün. Maddi durumunuz imkan versə, səfər də mümkündür.

Oxatan – Başqalarının işinə müdaxilə etməyin, xüsusən də hüquqi müstəvidə və sənədlərlə bağlı məsələlərdə. Bunu bacarsanız, günün ləzzətini yaşaya biləcəksiniz. Nahardan sonra maddi irəliləyiş də gözlənilir.

Oğlaq – Pozulmuş enerjinizi bərpa etmək üçün dini tövsiyələrə riayət edin, müqəddəs insanları və yerləri ziyarət edin. Fəaliyyətdən daha çox mənəvi amillərə yer ayırın. Uzaq səfərlər də mümkündür.

Dolça – Diqqətli olun, çünki ulduzlar ətrafınızda sizləri aldadanların artdığını bəyan edir. Başqa probleminiz olmayacaq. Bu gün ciddi gəliriniz gözlənilməsə də, büdcəniz boş qalmayacaq.

Balıqlar – İlk növbədə əsəblərinizi qoruyun ki, qarşınızda duran problemləri həll etməyə gücünüz çatsın. Həlli çətin görünən məsələlərə girişməyin. Göy qübbəsi büdcənizin artacağını mütləq sayır.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz