26.02.2018 Gündəlik Bürclər (26 Fevral 2018 Günlük Bürclər)

25 Şubat 2018
5 717
0
26.02.2018 Gündəlik Bürclər (26 Fevral 2018 Günlük Bürclər)
Qoç – Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti fövtə verməyin. Bu gün büdcənizin böyümə ehtimalı da var.

Buğa - Bu təqvimdə ulduzlar daha çox sizin zodiaka pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.

Əkizlər - Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonrasa maraqlı görüş və pul gözlənilir.

Xərçəng - Günün ümumi mənzərəsi hüznlü olduğundan bütün riskli işləri təxirə salın. Əsas vaxtınızı istirahətə həsr etməklə qarşıdakı günlərin planlarını qurun. Aldığınız təklifləri düşüncə süzgəcindən keçirin.

Şir - Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi, ətrafınızda olan insanları qəbul etməməyiniz sinir siteminizdə mənfi fəsadlar yarada bilər. İstirahətə fikir verin.

Qız - Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşama yaxın təzə hadisələrin şahidi olacaqsınız.

Tərəzi - Ay bürcünüzdə yerləşdiyi üçün səhhətinizdə problemlər ola bilər. Əsəbinizi cilovlayın, gün ərzində kiməsə yamanlıq etməyin. Nahar saatlarında yaxşı xəbər eşidəcəksiniz. Səfərə çıxmaq da olmaz.

Əqrəb - Çağırılmamış ünvanlara qonaq getməyin. Əks təqdirdə məyusluqla qarşılaşacaqsınız. İxtiyarınızda olan bu gündə qonum-qonşuların dedi-qodusundan yayınmağa çalışın. Tədbirli olun.

Oxatan - İndiki məqamda xilas yolunuz yalnız dost və müttəfiqlərinizdən asılıdır. Çünki əsaslı dönüş etmək üçün fiziki və psixoloji cəhətdən o qədər də hazır deyilsiniz. Sağlamlığınıza fikir verin.

Oğlaq - Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə maraqlı hadisələr gözlənilir.

Dolça - Faciə gününə təsadüf etsə də, müəyyən insanlarla görüşüb mövcud problemlərinizin həllinə çalışa bilərsiniz. Çünki bugünkü söhbətlərin əhəmiyyəti böyükdür. İmkan tapıb qonaq gedin.

Balıqlar - Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.