27.02.2018 Gündəlik Bürclər (27 Fevral 2018 Günlük Bürclər)

26 Şubat 2018
5 021
0
27.02.2018 Gündəlik Bürclər (27 Fevral 2018 Günlük Bürclər)
Qoç - Hər bir məsələdə qanunauyğun addım atın. Saxta iş görmək, yalan vəd vermək sizi gözdən sala bilər. Elə edin ki, etibarlı müttəfiq imiciniz öz qüvvəsində qala bilsin.

Buğa - Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamlara fikir verməyin. Gələn ay üçün görəcəyiniz işləri indidən planlaşdırın. Uzaq səfərə çıxmağı isə təxirə salın.

Əkizlər - Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.

Xərçəng - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.

Şir - Müəmmalı bir tarixdir. Özünüzlə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər.

Qız - Axşam saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməlisiniz.

Tərəzi - Fəaliyyət zəminində uğurlarınız xeyli artacaq. Bu istiqamətdə sizə etibar etdiyiniz bəzi insanlar da kömək edə bilər. Amma onu da nəzərə alın ki, axşamdan mənfi enerjili Ay bürcünüzdədir.

Əqrəb - İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.

Oxatan - Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin.

Oğlaq - Sürprizlərlə dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir.

Dolça - İxtiyarınızda olan bu şıltaq təqvim sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.

Balıqlar – Günün ümumi ovqatı çox yaxşıdır. Demək olar ki, nəzərdə tutduqlarınızın böyük əksəriyyəti doğrulacaq. Xüsusilə nahardan sonra qəlbinizin şad olması üçün gözəl situasiya yaranacaq. Axşam qonaq gedin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.