09.03.2018 Gündəlik Bürclər (9 Mart 2018 Günlük Bürclər)

08 Mart 2018
5 943
0
09.03.2018 Gündəlik Bürclər (9 Mart 2018 Günlük Bürclər)
Qoç - İxtiyarınızda olan bu bayram ərəfəsi kifayət qədər uğurlu olacaq. İstər yeni sövdələşmələrdə, istərsə də şəxsi büdcənizi tənzimləməkdə Göy qübbəsi sizə yardımçı olacaq.

Buğa - Şəxsi həyatınızda müsbət dönüş gözlənilir. Amma gərək qarşıya qoyduğunuz planları axşama qədər reallaşdırasınız. Əks təqdirdə sonrakı müddətdə buna imkanınız olmayacaq.

Əkizlər - Maraqlı ərəfə yaşayacaqsınız. Hətta martın bu günlərində hədsiz sevincinizə səbəb olan bir neçə xəbər də eşidə bilərsiniz. Bununla yanaşı, varlanmaq ehtimalınız da var.

Xərçəng - Əgər dinə zidd addımlardan uzaq ola bilsəniz, heç bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Heç kimə yalan vəd verməyin. Sabah vaxt tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.

Şir - Yeni əlaqələr yaratmaq istəyirsinizsə bu tarixdən maksimum istifadə edin. İşlətdiyiniz hər bir kəlmənin məsuliyyətini hiss edin. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın.

Qız - Ətrafınızda olan bədxah adamların sayı xeyli artıb. Elə güman etməyin ki, onların öhdəsinidən gəlmək mümkün deyil. Sadəcə, ədalət prinsiplərinə söykənməklə onlara qalib gəlmək olar.

Tərəzi - Martın 8-i müəyyən mənada gərgin gündür. Proseslərin inkişafı iradənizin ziddinə gedə bilər. Odur ki, özünüzü ələ almalısınız. Sabahsa perspektivli görüşlərdə iştirakınız mümkündür.

Əqrəb - Sağlıq durumunuzun qayğısına qala bilsəniz, hər iki gündə heç bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Əksinə, bu gün nahardan sonra bir-birinin ardınca yaxşı xəbərlər eşidəcəksiniz.

Oxatan - Əmin olmadığınız şeylər barədə verdiyiniz vədlərə görə indi başınız ağrıyır. Bu səbəbdən də incikliklər artmaqdadır. Maksimum tədbirli olun. Tələsik qərar çıxarmayın.

Oğlaq - Daha çox sevgi istiqamətində uğurlarınız mümkündür. Fəaliyyət və pul məsələlərində isə hələlik gözləmə mövqeyi seçin. Heç kimə əmin olmadığınız cavabı verməyin. Riskdən qaçın.

Dolça - Ulduzlar şəxsi büdcənizi artırmaq üçün sizə yardımçı olacaq. Bu baxımdan bütün alacaqlarınızı əldə etmək üçün boş durmamalısınız. Martın 9-da yaxın ünvanlara qonaq gedin.

Balıqlar - Bu günlərdə insanlarla əlaqələrinizi genişləndirməyə çalışın. Çünki ulduzlar münasibətlərin yüksək səviyyədə olacağından xəbər verir. Bu axşam qonaq qəbul etmək üçün səmərəlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.