10.03.2018 Gündəlik Bürclər (10 Mart 2018 Günlük Bürclər)

09 Mart 2018
5 217
0
10.03.2018 Gündəlik Bürclər (10 Mart 2018 Günlük Bürclər)
Qoç – Ay bürcünüzdə olduğundan ilk növbədə səhhətinizə fikir verin. Mübahisəli situasiyalardan qaçın. Bu gün daha çox yeni, işgüzar sövdələşmələrdə uğurlarınız mümkündür.

Buğa - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən səhhətinizlə bağlı xoşagəlməzliklər, digər tərəfdənsə münaqişələrə cəlb olunmağınız ovqatınıza mənfi təsir göstərə bilər.

Əkizlər - Düşərli ərəfədir. Bəxtinizin gətirəcəyinə şübhəniz olmasın. Saat 15-18 arasını bütünlüklə sevgiyə həsr etməklə mənəvi rahatlıq tapacaqsınız. Amma səhhətinizi də qorumalısınız.

Xərçəng - Qonşu və ya qohumlarınızla, eləcə də həmkarlarınızla münasibətlərinizdə yeni və müsbət mərhələ başlayacaq. Ola bilsin səfərə də çıxasınız. Saat 17-dən sonra işgüzar əlaqələri dərinləşdirin.

Şir - Öz gücünüzə nə qədər arxayın olsanız da, həlledici məqamlarda etibarlı adamların məsləhətinə qulaq asın. Axşam görəcəyiniz işlərin planını qurmaq istiqamətində sövdələşmələr aparın.

Qız - Bu gün sizin üçün olduqca maraqlı bir təqvim yaşanacaq. Ələlxüsus da saat 14-dən sonra sevindirici hadisələrin şahidi olacaqsınız. Mənəvi dəyərlərinizi qorumağa çalışın. Ağır işlərə isə girişməyin.

Tərəzi - Ötən ongünlükdə icra edə bilmədiyiniz planlara yenidən baxmağınız vacibdir. Əgər özünüzü qalmaqallardan qoruya bilsəniz, axşama doğru sürprizləriniz olacaq. Pul da gözlənilir.

Əqrəb - Yaxşı olar ki, günortaya qədər mənzil şəraitində istirahət edəsiniz. Çünki həmin ərəfədə hansısa uğur gözlənilmir. Nahardan sonra isə istənilən sövdələşməniz baş tutacaq.

Oxatan - Maliyyə problemlərinizin mövcudluğunu görən ulduzlar sizə kömək etmək istəyir. Lakin hansısa aktivlik göstərə bilmirsiniz. Gözütox olun. Bu axşam bütün dəvətləri qəbul edin.

Oğlaq - Bütün vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edin. Digər insanlarla münasibətləri məhdudlaşdırın. Əks təqdirdə ovqatınız korlana bilər. Şəxsi büdcənizi artırmağa çalışın.

Dolça - Təzadlı gündür. Hadisələrin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yön ala bilər. Özünüzü gərginliyə salmayın. Heç kimin şəxsi işlərinə qarışmayın. Münasibətlərdə ciddi olun.

Balıqlar – Mövcud problemlərinizin həllində ətrafınızda olan etibarlı şəxslərin köməyindən yararlanın. İndiki halda təkbaşına qərar çıxarmaq zərərinizədir. Axşam yeniliklərin şahidi olacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.