11.03.2018 Gündəlik Bürclər (11 Mart 2018 Günlük Bürclər)

10 Mart 2018
5 700
0
11.03.2018 Gündəlik Bürclər (11 Mart 2018 Günlük Bürclər)
Qoç - Əsas planlarınızı iş vaxtına təyin edin. Çünki axşam saat 18-dən sonra sinirlərinizin gərilməsi işlərinizə mane olacaq. Nahar ərəfəsində gözləmədiyiniz istiqamətdən sevinə bilərsiniz.

Buğa - Riskli hadisələrlə üzləşmə ehtimalınız var. Nəticənin sizə xeyir verməsini istəyirsinizsə, təcrübəli adamlarla məsləhətləşin. Əmin olun ki, onlar sizə lazımi dəstəyi verəcək.

Əkizlər - Bu gün iştirakçısı olduğunuz əksər proseslər sizə xeyir verəcək. Mövcud reallığa obyektiv qiymət verin. Kənar təsirlərə uymayın. Qətiyyən görücü və ya falçı yanına da getməyin.

Xərçəng - Maddi durumunuzu yaxşılaşdırmaq üçün şansınız var. Bunun üçün maksimum bəhrələnməyə çalışın. Əvvəlcədən nəzərdə tutmadığınız məsələlərə baş qoşmayın. Sevgidə uğurlarınız gözlənilir.

Şir - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq istəyirsinizsə, çoxdan bəri nəzərdə tutduğunuz şəxslərlə görüşləri reallaşdırın. Digər işləri təxirə salmaq da olar. Riskdən qorxmayın.

Qız - Ulduzların düzümü yalnız maliyyə məsələlərində müəyyən uğurlara yiyələnəcəyinizdən xəbər verir. Digər işlərdə isə gərginlik hökm sürəcək. Səhhətinizə xüsusi diqqət ayırın.

Tərəzi - İş və fəaliyyətlə bağlı yeniliklər yolunuzu gözləyir. Bunun üçün bəzi mühüm şəxslərlə görüşməyiniz vacibdir. Çətinlikdən qorxmayın. Ən azı ona görə ki, artıq öz dövranınız yetişməkdədir.

Əqrəb - Təxminən saat 14-ə qədər passiv ərəfə yaşayacaqsınız. Həmkar və rəhbərinizlə mübahisələrə cəlb oluna bilərsiniz. Sonrakı müddətdə isə hər şey normal tərzdə cərəyan edəcək.

Oxatan - Sevindirici hadisələr, təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, gözlənilməz səfərə də çıxasınız. Amma pul və sənədləşdirmə işləri ilə bağlı bütün planlarınızı təxirə salın.

Oğlaq - Maraqlı adamlarla görüşləriniz mümkündür. Belə məqamlarda kiminsə əleyhinə danışmaqdansa, öz söhbət və davranışlarınızla rəğbət qazanmağa çalışın. Riskdən uzaq olun.

Dolça - Artıq on gündür ki, qlobal problemlərinizin həlli yolları aydınlaşır. Bunu sürətləndirmək üçün ətrafınızda etibarlı insanlar olmalıdır. Axşama yaxın səhhətinizi qoruyun.

Balıqlar - Əsas diqqətinizi fəaliyyətə yönəldin. Yalnız bu halda, qarşıya qoyduğunuz məqsədlərə nail ola bilərsiniz. Həmkarlarınızla, eləcə də doğmalarınızla münasibətdə acıdil olmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.